SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“MALİYYƏ NAZİRLİYİ HEÇ BİR DÖVLƏT ŞİRKƏTİNİN GÖZƏTÇİSİ DEYİL…” – Belarusdan alınan vaqonlarla bağlı açıqlama

19-06-2019, 19:33 | Oxunub: 10 233 |

“MALİYYƏ NAZİRLİYİ HEÇ BİR DÖVLƏT ŞİRKƏTİNİN GÖZƏTÇİSİ DEYİL…” – Belarusdan alınan vaqonlarla bağlı açıqlama

Maliyyə Nazirliyi “Azərbaycan Dəmir Yolları” QSC-nin Belarus Respublikasından aldığı vaqonların qiyməti ilə bağlı son günlər bəzi kütləvi informasiya vasitələrində dərc olunan iddialara münasibət açıqlayıb.

Emtv.az xəbər verir ki, Nazirliyin mətbuat katibi Mais Piriyev yerli mətbuatın sorğusuna əsasən bəzi ekspertlərə istinadla bir sıra mətbuat orqanlarında və sosial şəbəkələrdə dərc olunan “Azərbaycan Dəmir Yolları” QSC-nin Belarus Respublikasından aldığı vaqonların qiymətinin əvvəlki illə müqayisədə bir neçə dəfə çox olması və bu əqdin nəyə görə Maliyyə Nazirliyinin diqqətini cəlb etməməsi ilə bağlı bildirib:

“Əvvəla, “stəkanda fırtına” yaratmağa ehtiyac yoxdur. Bu, ilkin məlumat mənbəyi təhlil edilmədən hər hansı məsələyə qeyri peşəkar və hətta qeyri sağlam yanaşmanın əlamətidir. Ən azından bu məlumatlar yoxlanıla bilərdi. Məsələn, iddia olunur ki, bu il “Azərbaycan Dəmir Yolları” QSC-nin Belarusdan aldığı vaqon əvvəlki vaqon alışından 4,3 dəfə baha başa gəlib. Əslində isə bəlli olur ki, “Azərbaycan Dəmir Yolları” tərəfindən 2019-cu ildə Belarus Respublikasından ümumiyyətlə vaqon alınmayıb. Alış 2018-ci ildə olub, özü də iki vaqon deyil, hər biri 4 vaqondan ibarət olan 2 ədəd ikimərtəbəli qatar, yəni ümumilikdə 8 vaqon tədarük edilib. Bu tədarük QSC tərəfindən İsveçrənin “Stadler Bussang AG” şirkəti ilə bağlanmış müqavilə əsasında həyata keçirilib. Yeri gəlmişkən, “Azərbaycan Dəmir Yolları” tərəfindən 2015-2016-cı illərdə də “Stadler Bussang AG” şirkətindən eyni növ qatarlar alınaraq Bakı-Sumqayıt marşrutu üzrə istifadəyə verilib və bu qatarlarda bir vaqonun dəyəri təqribən 3,53 milyon ABŞ dolları olub. “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına əsasən, 2018-ci ildə tədarük olunan qatarlar sabit elektrik enerjisi sistemi (sabit cərəyan) ilə yanaşı, həm də dəyişən elektrik enerjisi sistemində (dəyişən cərəyan) hərəkət etmək xüsusiyyətinə malik olduğu üçün bu qatarlardakı vaqonların qiyməti 3,78 milyon ABŞ dolları təşkil edib”, – deyə nazirlik rəsmisi bildirib.

Bu əqdin Maliyyə Nazirliyinin diqqətini cəlb etməməsi ilə bağlı iddiaya gəlincə, mətbuat katibi qeyd edib ki, Maliyyə Nazirliyi heç bir dövlət şirkətinin gözətçisi deyil, ələxsus “Azərbaycan Dəmir Yolları” QSC kimi müstəqil gəlir mənbələrinə malik olan qurumlara münasibətdə.

“Hər bir dövlət şirkətinin təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq fəaliyyət göstərən rəhbərliyi mövcuddur və məhz bu rəhbərlik də bilavasitə şirkətin fəaliyyətinin nəticələrinə görə məsuliyyət daşıyır. Dövlət şirkətləri tədarük və alış əməliyyatları həyata keçirərkən dövlət satınalmaları qanunvericiliyinə riayət etməlidirlər. Həmin tədarükə gəldikdə isə qeyd etməliyik ki, sözügedən satınalmaya bu sahədə dövlət tənzimləməsini həyata keçirən müvafiq dövlət orqanı tərəfindən razılıq verilmişdir. Dövlət mülkiyyətində olan müəssisələrin maliyyə-təsərrüfat fəaliyyəti üzərində maliyyə nəzarətinin təmin edilməsi mövcud qanunvericiliklə Maliyyə Nazirliyinin vəzifələrinə aid edilməyib. Bununla belə, dövlət büdcəsindən dövlət şirkətlərinə hər hansı bir məqsəd üçün ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi Maliyyə Nazirliyi tərəfinən yoxlanıla bilər. Həmin yoxlamalar nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin illik iş planına daxil edilməklə həyata keçirilir. İş planından kənar yoxlamanın keçirilməsinə dair qərar xüsusi halların müşahidə olunduğu zaman qəbul edilə bilər.

Məlumat üçün onu da bildiririk ki, iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində fiskal dayanıqlılığın təmin edilməsi, gəlirlərin və xərclərin proqnozlaşdırılmasına və icrasına nəzarətin daha da gücləndirilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi və şəffaflığın artırılması məqsədi ilə Nazirlər Kabinetinin 30 dekabr 2016-cı il tarixli, 534 nömrəli Qərarı ilə yaradılmış və Maliyyə Nazirliyinin də daxil olduğu Hökumət komissiyası tərəfindən həmin dövlət şirkətlərinin təqdim etdikləri məlumatlar və hesabatlar əsasında gəlirlər və xərclər smetalarının illik icra vəziyyəti monitoring edilir, təhlil və qiymətləndirmə aparılmaqla müvafiq tədbirlər görülür”.

M.Piriyev məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuata verdiyi açıqlamada da kifayət qədər ətraflı məlumat təqdim olunduğunu xatırladıb. “Necə deyərlər, əlavə şərhə ehtiyac qalmır”.

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR