SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Rüşvət almaqda ittiham olunan polis müstəntiqi ifadə verib

18-06-2019, 16:12 | Oxunub: 12 594 |

Rüşvət almaqda ittiham olunan polis müstəntiqi ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda və dələduzluqda təqsirləndirilən Sumqayıt Şəhər Polis İdarəsinin müstəntiqi olmuş Bəhruz Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən qismində ifadə verən Məhbubə Məmmədova deyib ki, həbsdə olan oğlunun azadlığa buraxılması üçün Bəhruz Quliyevə 5 min manat verib.

Digər zərərçəkən Dəyanət Əliyev isə bildirib ki, həbs edilən qardaşının cinayət işindən ötrü müstəntiq 15 min manat istəsə də, ona 7 min manat pul verib.

Cinayət işində zərərçəkən kimi tanınan Telman Əliyev də oğlunun cinayət işinə xitam verilməsi üçün keçmiş müstəntiqə 3 dəfəyə 5 min manat verdiyini deyib.

Zərərçəkən Elvin Novruzov isə bildirib ki, hərbi xidmətdən qayıdandan sonra polisə işə düzəlmək istəyib. B.Quliyevə onu 6 500 manata polis orqanlarına düzəldəcəyini vəd edib və pulu alıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, alınan pulların hamısını o mənimsəməyib: “Əlimdə sübut yoxdur. Ona görə də həmin adamın adını çəkə bilmirəm”.

Məhkəmə prosesi iyunun 19-da davam etdiriləcək.

Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsinin müstəntiqi olmuş Bəhruz Quliyev Cinayət Məcəlləsinin 311.3.2-ci (Təkrar rüşvət alma), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (Külli-miqdarda dələduzluq) maddələri ilə ittiham edilir.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR