18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Spikerdən deputatlara xəbərdarlıq: Sözünüzü kəsəcəyəm
Milli Məclisin sədri Oqtay Əsədov millət vəkillərinə xəbərdarlıq edib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, parlamentin iclasında “2018-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkili Şəmsəddin Hacıyev Azərbaycanın Ermənistanla müqayisə olunmasını düzgün hesab etmədiyini bildirib:
“Keçən dəfə burada bəziləri belə iddia etdi ki, Ermənistanda həyat səviyyəsi, inkişaf göstəriciləri guya bizdən yüksəkdir. Hamısı yalandır, çox qüsurlu müqayisədir! Məgər bu ölkənin başdan-ayağa rəzalət, çöküş içində olduğunu bilmirik?! Biz Ermənistandan hər bir məsələdə dəfələrlə yüksəkdəyik”.
Spiker isə deputatın çıxışını yarımçıq dayandırıb:
“Keçən dəfə kim dedi, nə dedi, indi bunun yeri deyil. Kim Nizamnamədən kənara çıxsa, müzakirə olunan məsələni qoyub, başqa məsələdən danışsa, onun sözünü kəsəcəyəm. Nizamnaməyə əməl edin!”
Aysu Əliyeva
Emtv.az