18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Rəsulzadənin şəkli avronun üzərində
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Osmanlı ordusunun generalı, Bakı fatehi Nuru paşanın şəkilləri olan avro əskinasları buraxılıb.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu banknot “Euro Souvenir Bank” layihəsi çərçivəsində istehsal olunub.
Hələlik satışı nəzərdə tutulmasa da, üç aydan sonra satışa çıxarılacaq.
Məlumata görə, banknotlar Avropa Mərkəzi Bankının müəssisələrindən birində çap olunub.
Layihənin müəllifi Özgür Honça adlı türkiyəli kolleksionerdir.
O, bu işi Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına ərməğan etdiyini söyləyib.
“Nuri Killigil” kitabının müəllifi Atilla Oralın dizaynı ilə ərsəyə gələn 0 göstərişli avro pul nişanı dövriyədə istifadə olunan avro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir və eyni əskinasdan istifadə olunub.
Xatırladaq ki, 2018-ci il prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlər keçirilmişdi.
Mərhəmət Lələyev
Emtv.az