SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İki bələdiyyədən 1-ci Vitse-prezidentə şikayət - Müraciət

13-06-2019, 16:20 | Oxunub: 15 104 |

İki bələdiyyədən 1-ci Vitse-prezidentə şikayət - Müraciət

Emtv.az yerli KİV-lərə istinadən xəbər verir ki,mayın 21-də Birinci vitse-prezident Mehriban xanım Əliyeva Kürdəxanı qəsəbəsində sakinlərlə görüşərkən xanımın diqqətinə qəsəbənin məktəbinin və yolunun təmiri, bir də kanalizasiya sisteminin çəkilməsinin vacibliyi çatdırılıb.

Mehriban xanım Əliyevanın müvafiq göstəriş və tapşırığından sonra qəsəbə məktəbinin əsaslı təmirinə başlanılıb. Kanalizasiya sistemi isə 2020-ci ildə Pirşağıda su təmizləyici qurğularının inşasının başa çatmasında sonra çəkiləcək. Bununla yanaşı, qəsəbənin yollarına asfalt çəkilir. Qəsəbədə sakinləri yerli məmurlardan narazı salan bir problem var və hələ ki, bu bir neçə gündür ki, sakinlərinə müraciətinə baxmayaraq həllini tapmır.

Qəsəbənin yollarının asfaltlanması zamanı yol yarımçıq təmir olunur. Sakinlər əməkdaşımıza bildiriblər ki, Kürdəxanı qəsəbəsinin Yeni yaşayış massivi adlanan ərazinin yolu təmir edilmir. Bu isə təbii ki, sakinlərin haqlı narazılığına səbəb olub. Məsələylə bağlı sakinlər Kürdəxanı bələdiyyəsinin sədri Pərviz Dadaşovun qəbulunda olublar. Onlar deyirlər ki, P.Dadaşov deyib ki, adı çəkilən Yeni yaşayış massivi Məmmədli bələdiyyəsinin tabeçiliyində olduğu üçün yolları təmir edilməyəcək və bununla bağlı Məmmədli bələdiyyəsinə müraciət etsinlər.

Bundan sonra sakinlər üz tutublar Məmmədli bələdiyyəsinə. Sakinlər Məmmədli bələdiyyəsinin sədri Xəyaləddin Məmmədovun qəbulunda olublar. Bələdiyyə sədri onlara cavabında bildirib ki, yolların çəkilməsi üçün onlara heç bir maliyyə yardımı ayrılmayıb və ona görə də arzunuz ürəyinizdə qalacaq. Bir sözlə iş görüləcək deyə heç bir bələdiyyə sədri ərazinin problemini öz üzərinə götürmür.

Sakinlər bildirirlər ki, övladları Kürdəxanı qəsəbəsində yerləşən məktəbə və uşaq bağçasına gedirlər. Ərazi Kürdəxanı qəsəbəsinin mərkəzində yerləşir. Yeni yaşayış massivinin sakinləri bildirirlər ki, ev tikən zaman adları çəkilən qurumlardan gəlib rüşvət tələb edirlər, amma məsələ iş görməyə gələndə hamısı özlərini geri çəkirlər. Sakinlərin sözlərinə görə qış vaxtı uşaqlarını məktəbə apararkən yollar palçıq olduğu üçün gedib-gələ bilmirlər. Bu günə kimi isə yolarını həmişə öz aralarında pul yığaraq təmir ediblər. Onlar bildirirlər ki, yarımçıq yol çəkməklə bizləri narazı salacaqlarsa, heç bu bizlərə lazım deyil. Qış aylarında Yeni yaşayış massivində yerləşən gölün də tez-tez daşması zamanı sakinlərin evini su basır. Hələ ki, bu problemləri heç bir bələdiyyə sədri həll etmək niyyətində deyil. Ona görə də sakinlər hər iki bələdiyyə sədrinin fəaliyyətindən Birinci vitse-prezidentə şikayət ediblər.

Şikayətçi olan sakinlərin ad və soyadlarını təqdim edirik:

Nadir Əhmədov, Ramiz Quliyev, Vüqar Süleymanov, Ramin Rzayev, Rəşad Rzayev, Saməddin Allahyarov, Anar Quliyev, Kirman Niftəliyev, Hicran Niftəliyev, Eynur Sadıqov, Yılmaz Mövsümov, Bəşir Zəkiyev, Yusif Məmmədov, Elşad Rzayev, Hikmət İsmayılov, Rəşad Sadıqov, Bəhruz Sadıqov, Nizami Əliyev, Ramal Gülməmmədov, Rasim Gülməmmədov, Atababa Qədirov və Ceyhun Allahverdiyev.


Sevinc Əlimova
Emtv.az


İki bələdiyyədən 1-ci Vitse-prezidentə şikayət - Müraciət
İki bələdiyyədən 1-ci Vitse-prezidentə şikayət - Müraciət

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR