18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
GƏNCƏNİN İCRA BAŞÇISININ TƏMİZLİKLƏ HEÇ ARASI YOXDUR...
"Gəncə şəhərinin zibil problemi niyə həll olunmur?" Bu sualla müraciət edən Gəncədən olan oxucularımız yerli rəhbərliyin şəhərin təmizliyinə biganə qalmasından giley edirlər.
Emtv.az xəbər verir ki, "Yəqin ki, çoxlarınız səhərlər işə gedəndə yaşlı xadimələrin yollarda zibilləri təmizlədiyinin şahidi olmusunuz. Siqaret kötükləri, sərinləşdirici içkilərin qabları və ən nəhayət, tum qabıqları küçələrdə “göz oxşayır”.
Bu işdə bir çoxlarımız insan faktorunu qınayırıq. Həqiqətən də, bəziləri özlərini əziyyətə verib 5-10 metr kənardakı zibil qabılarına yaxınlaşmaq əvəzinə əllərindəki zibili hara gəldi atırlar. Ancaq burada başqa bir fakta diqqət yetirməyə çalışaq. Gəncənin küçələrində hazırda zibil qabı probleminin mövcudluğu danılmazdır. Bəzi küçələrdə, parklarda insanlar zibilləri atmağa qutu tapmırlar. Şəhər mərkəzindən başqa demək olar ki, şəhərin bir çox hissələri təmizlik nöqteyi-nəzərdən heç də ürəkaçan deyil.
Daha sonra dia.az onu da qeyd edib ki,Gəncənin Heydər Əliyev prospekti, Əziz Əliyev, Mirzə Şəfi Vazeh, Təbriz, İsmət Qayıbov, Mirzə Abbas Abbaszadə küçələrində, eləcə də, Gəncənin “Xan Bağı”, “Dəmiryolçular” parkında apardığımız kiçik müşahidələr onu göstərir ki, həqiqətən də, küçə və parklarda zibil qabı problemi nəzərəçarpacaq dərəcədə böyükdür.Bəs bu problem nə vaxta qədər davam edəcək? Niyə Gəncədə bu məsələyə biganə yanaşılır?"
İddia olunanlarla bağlı cavabdeh şəxsləri də dinləməyə hazırıq...
Seymur Rəhimov
Emtv.az