18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Şəkidə maşın aşdı: 4 nəfər yaralandı, sürücünün xanımı öldü
Ötən gün Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, qəza Qayabaşı kəndi ərazisində "VAZ-21074" markalı avtomobilin aşması ilə qeydə alınıb. Hadisə zamanı 4 nəfər müxtəlif xəsarətlər alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Onlar Oğuz rayon sakini 1953-cü il təvəllüdlü Xurşudov Aydın Qasım oğlu qapalı kəllə-beyin travması, bir neçə boyun fəqərəsinin sınması, 1959-cu il təvəllüdlü Xurşudov Əlövsət Əvəz oğlu sağ körpücük sümüyünün sınığı, 1967-ci il təvəllüdlü Novruzova Təranə Əfqan qızı döş qəfəsinin qapalı travması və 1987-ci il təvəllüdlü Nağıyev Səyyad Mirzə oğlu sağ qulağın yırtılması xəsarətləri alıblar.
Hazırda A.Xurşudov və Ə.Xurşudovun vəziyyəti ağır olduğundan onlar reanimasiya şöbəsində müalicə olunurlar, S.Nağıyev isə ilkin tibbi yardımdan sonra ambualtor müalicəyə yola salınıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən yerli KİV-ə verilən məlumata görə, qəzada bir nəfər dünyasını dəyişib. O, Laçın rayon sakini Elyana Nağıyeva olub.
Bildirək ki, dünyasını dəyişən şəxs, avtomobilin sürücüsü S.Nağıyevin həyat yoldaşı olub.
Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.
Sevinc Əlimova
Emtv.az