SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Sahil Babayevin işçiləri HEYRƏTLƏNDİRİR...

13-06-2019, 13:55 | Oxunub: 13 197 |

Sahil Babayevin işçiləri HEYRƏTLƏNDİRİR...

Bu ilin yanvar ayında uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatının avtomatlaşdırılacağı söylənildi. Heç bir yerə müraciət olunmadan və sənəd təqdim etmədən müavinətin təyin olunacağı bildirildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu barədə rəsmi məlumat yaydı.

Emtv.az xəbər verir ki,Neftçala rayon sakini Səmral Quluzadə isə yerli KİV-lərə şikayatini bildirərkən, bir neçə müddətdir, sözügedən məsələ ilə bağlı problem yaşadığını deyir. O, yeni doğulan uşağına vətəndaşlar arasında “süd pulu” kimi tanınan müavinəti ala bilmədiyini qeyd edir.

“”Süd pulu” 200 manat ediləndə sevinmişdim ki, nə yaxşı, 2 dəfə artırıldı. Həm də ona görə sevinmişdim ki, keçən dəfə ilk övladım – qızım dünyaya gələndə məni o qədər süründürmüşdü ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) artıq özümü təcrübəli sayırdım. Süründürməçiliyin verdiyi təcrübə ilə bu gün bütün sənədlərin hamısını (ata və ananın doğum haqda şəhadətnamələrinin, şəxsiyyət vəsiqələrinin, nikah kağızının, uşağın doğum haqda şəhadətnaməsinin surətini, ata və ananın yaşayış yerindən, “süd pulu” arayışı) düzəldib sevinə-sevinə getdim idarəyə. Bu dəfə məndən nə istəsələr yaxşıdır? Qırxı çıxmamış uşağım üçün yeni nəsil şəkilli şəxsiyyət vəsiqəsi“, – Neftçala sakini belə deyir.

S.Quluzadə qeyd edir ki, nazirlik ilk dəfə məni süründürəndə, məsələni mətbuata çıxarıb və təxminən 5-6 ay sonra ƏƏSMN bütün yerli televiziya və elektron mətbuatına elan vermişdi ki, artıq “süd pulu” müraciətləri elektronlaşdırılır:

“Daha sənəd toplamağa ehtiyac olmayacaq və s. Sən demə, bunların elektronlaşdırma anlayışı bu imiş”.

Şikayətçi bildirir ki, bununla əlaqədar olaraq dövlət qurumunun “142” Çağrı Mərkəzinə zəng vurub, lakin heç bir köməklik göstərilməyib:

“Operator deyir ki, onların bu barədə məlumatı yoxdur. Deyirəm ki, valideyni işləyənlərdən “süd pulu” üçün tələb etmirsiniz, çağa körpə üçün yeni nəsil şəkilli şəxsiyyət vəsiqəsi, amma mən işsiz ola-ola tələb edirsiniz. Operator deyir ki, hansı idarəmiz istəyir tələb edir, hansı istəyir etmir. Düz 40 dəqiqə danışdıq, axırı operator sual və iradarıma cavab verə bilməyib, telefonun dəstəyini başqasına verdi, heç nə dəyişmədi”.

Daha sonra minval.info onu da qeyd edib ki,yanvar ayında ƏƏSMN-nin yaydığı məlumatda həmçinin bildirilirdi ki, nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərkibində qurulmaqda olan “Sosial müavinət” altsistemi qeyd olunan birdəfəlik müavinət növünün elektron qaydada təyin olunmasına imkan verəcək: “Nəticədə isə uşağın doğulmasına görə birdəflik müavinətin alınması üçün vətəndaşların sənəd toplayaraq quruma müraciət etməsinə ehtiyac qalmayacaq”.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR