17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Putin: Moldovada oliqarxlar hakimiyyəti qəsb edib
Moskva Moldova Prezidenti İqor Dodona ölkəsindəki indiki mürəkkəb vəziyyətdə dəstək verməkdən imtina etməyəcək.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.
V.Putin Moldovada hakimiyyətin oliqarx strukturlar tərəfindən qəsb edildiyini bildirib.
Rusiya lideri həmin qüvvələrin Moldovada qazandıqları pulları öz durumlarını və dövlətə təsir vasitələrini möhkəmləndirməyə xərclədiklərini deyib.
Qeyd edək ki, Moldovada iyunun əvvəlində siyasi vəziyyət yenə də gərginləşib. Rusiyayönümlü Moldova Sosialistlər Partiyası və Avropayönümlü ACUM bloku iyunun 8-də parlament əksəriyyətini formalaşdırıb və beləliklə, ölkə üç aydan sonra yeni hökumətə sahib olub.
Lakin Konstitusiya Məhkəməsi bu qərarı qanunsuz sayıb. Parlament isə cavab olaraq hakimiyyətdə olan Demokratik Partiyanın məhkəmə vasitəsilə rəhbərliyi qəsb etməyə cəhd etdiyini bəyan edib.
Növbəti gün Konstitusiya Məhkəməsi Demokratik Partiyanın sədr müavini Pavel Filipə parlamentin buraxılması və sentyabrın 6-da növbədənkənar seçkilərin təyin edilməsi haqqında fərman vermək üçün prezident vəzifəsinin səlahiyyətlərini həvalə edib. Moldova Prezidenti İqor Dodon məhkəmənin bu qərarının qəbuledilməz olduğunu bildirib.
Sevinc Əlimova
Emtv.az