17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Canlı heyvanların ölkəyə gətirilməsi ilə bağlı qərara dəyişiklik edildi
Azərbaycanda canlı heyvanların gömrük ərazisinə gətirilməsi barədə gömrük orqanı tərəfindən məlumatlar artıq baytarlıq xidməti orqanlarına deyil, Qida Təhlükəsizliyi Agentliyinə veriləcək.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bununla əlaqədar Nazirlər Kabinetinin "Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dəyişiklik edilib.
Bu dəyişikliyə əsasən, canlı heyvanların gömrük ərazisinə gətirilməsi barədə gömrük orqanı tərəfindən Qida Təhlükəsizliyi Agentliyinə məlumat veriləcək.
İndiyədək isə bu barədə qərar baytarlıq xidməti orqanlarına verilirdi.
NK "Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən verilmiş icazə sənədləri təqdim edilməklə sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallar"a da dəyişiklik edib.
Qərarın indiyədək qüvvədə olan variantına əsasən, qeyd edilən mallara Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin verdiyi beynəlxalq baytarlıq sertifikatı əsasında heyvanlar, heyvan mənşəli məhsullar və xammal, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin verdiyi pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamə, fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı əsasında bitkilər və bitkiçilik məhsulları, həmçinin bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr daxil olub.
Qərara edilən yeni dəyişikliklərə görə, Dövlət Baytarlıq Xidmətinin bəzi səlahiyyətləri Qida Təhlükəsizliyi Agentliyinə verilib.
Qərara edilən yeni dəyişiklikliyə əsasən, "Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən verilmiş icazə sənədləri təqdim edilməklə sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallar"a Qida Təhlükəsizliyi Agentliyinin idxal olunan ölkələr tərəfindən tələb edildiyi halda verdiyi beynəlxalq baytarlıq sertifikatı əsasında heyvanlar, heyvan mənşəli məhsullar və xammal, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamə, fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı əsasında bitkilər və bitkiçilik məhsulları, həmçinin bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr daxil edilib.
Seymur Rəhimov
Emtv.az