17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Qazaxıstanda “sükut günüdür”
Bazar günü ümumxalq səsverməsi yolu ilə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Qazaxıstanda seçkiöncəki təşviqata qadağa artıq qüvvəyə minib.
Emtv.az xarici KİV-ə istinadən bildirir ki, şənbə günü gecəyarıdan başlayaraq, “sükut günü” elan olunur. Bu gün prezident postuna olan namizədləri dəstəkləmək üçün aparılan istənilən təşviqat kampaniyası qadağa olunur. Bu qadağa seçki günü də qüvvədə olacaq. Lakin şəhərlərdə və yaşayış məntəqələrində artıq yerləşdirilmiş siyasi reklam plakatları əvvəlki yerlərində qala bilərlər. Əsas odur ki, seçki məntəqələri yaxınlığında heç bir təşviqat məhsulu olmasın.
Xatırladaq ki, martın 19-da Nursultan Nazarbayev dövlət başçısı postundan imtina etdiyini bildirmişdi. Bununla yanaşı həmin an üçün Senata (parlamentin yuxarı palatası) rəhbərlik edən Kasım-Jomart Tokayevi isə özünün xələfi elan etmişdi.
Qeyd edək ki, hazırda 66 yaşlı Tokayevlə yanaşı, Qazaxıstan prezidenti postu uğrunda daha altı namizəd mübarizə aparır.
Sevinc Əlimova
Emtv.az