18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ABŞ və Meksika miqrasiya məsələsində razılığa gəldilər
ABŞ və Meksika miqrasiya məsələlərinə dair razılığa gəldilər. Beləliklə də, bazar ertəsinə planlaşdırılmış gömrük rüsumlarının tətbiqi təxirə salındı.
Emtv.az bildirir ki, bu barədə ABŞ prezidenti özünün “Twitter” hessabında yazıb.
“Mən ABŞ-ın Meksika ilə saziş bağlamağa nail olduğunu bildirməyə şadam. Bazar ertəsinə Amerika tərəfindən planlaşdrılmış gömrük rüsumlarının tətbiqi hazırda qeyri-müəyyən müddətə təxirə salınıb”, - deyə ölkə prezidenti yazıb.
Onun sözlərinə əsasən, Meksika miqrasiya siyasətini sərtləşdirəcəyinə boyun olub.
“Bütün bunlar Meksikadan ABŞ-a qeyri-qanuni miqrasiyanı kəskin azaltmaq və aradan qaldırmaq üçün edilir. Dövlət Departamenti yaxın zamanlarda sazişin detallarını dərc edəcək”, - deyə Tramp yazıb.
Meksika XİN rəhbəri Marselo Ebrard da öz növbəsində “Twitter” hesabında ABŞ nümayəndələri ilə ümumi sərhəddə miqrasiya böhranının tənzimlənməsi ilə əlaqədar razılığa gəlindiyi bildirib.
“ABŞ bazar ertəsindən (iyunun 10) gömrük rüsumu tətbiq etməyəcək. Yardım edən hər kəsə təşəkkür edirik”, - deyə Meksika XİN rəhbəri yazıb.
Xatırladaq ki, Tramp mayın 30-da Meksikadan ABŞ-a ixrac olunan bütün məhsullara 5%-lik gömrük rüsumunun tətbiq ediləcəyini bildirmişdi. O, belə bir qərarın qonşu dövlətdən gələn qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədi ilə verildiyini bildirmişdi. O xəbərdarlıq etmişdi ki, rüsumlar miqrant axını dayanmayanadək artmaqda davam edəcək. Qərarın iyunun 10-da qüvvəyə minəcəyi gözlənilirdi.
Seymur Rəhimov
Emtv.az