18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Əlbəttə, mən yorulmuşam, amma...”-Zelenski
Ukrayna Prezidenti Vladimir Zelenski istefasını nəzərdə tutan petisiya ilə bağlı danışıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, o, bildirib ki, istefa verməklə prezident seçkilərinin ikinci turunda səsverməyə qatılaraq onu dəstəkləyən seçicilərin 73%-nin iradəsinə məhəl qoymaya bilməz.
"Əlbəttə, mən yorulmuşam, amma ümumiyyətlə özümü çox yaxşı hiss edirəm. Gələcəkdə də yaxşı fiziki formada olmağı planlaşdırıram" deyən Zelenski Ukraynanın konstitusiyasına əsasən, dövlət başçısının səlahiyyətlərinə hansı hallarda (istefa, səhhətinə görə vəzifəsini yerinə yetirə bilməmək, impiçment, ölüm) xitam verilə biləcəyini də xatırladıb.
Xatırladaq ki, mayın 22-də dövlət başçısının rəsmi saytında V. Zelenskinin istefasını nəzərdə tutan petisiya yerləşdirilib və bu, rəsmi baxış üçün lazımi 25 mindən çox səs toplayıb.
Aysu Əliyeva
Emtv.az