18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Nəsimidə oğru “Pitbull” saxlanıldı
Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar edən şəxs saxlanılıb.
Emtv.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətin-ə istinadən xəbər verir ki, əməliyyat zamanı Bakı şəhər sakini Pərviz İlyasov tutularaq istintaqa təqdim edilib.
Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs aprelin 24-də Nəsimi rayonunda yerləşən mağazalardan birindən içərisində 15000 manat olan seyfi oğurlayıb. Elə həmin gün P.İlyasov ödəmə terminallarından birinin kassasını yararaq içərisində olan 1000 manatı da talayıb. Qeyd edilən faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb, araşdırmalar davam etdirilir.
Özünə "Pitbull" ləqəbi götürən bu şəxsin digər cinayətlərdə iştirak etdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edə bilərlər.
Aysu Əliyeva
Emtv.az