SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Azərbaycan beynəlxalq təhlükəsizlik, terrorçuluqla mübarizə, nüvə silahlarının yayılmaması kimi sahələrdə ABŞ-ın əsas tərəfdaşıdır"

6-06-2019, 12:31 | Oxunub: 9 717 |

"Azərbaycan beynəlxalq təhlükəsizlik, terrorçuluqla mübarizə, nüvə silahlarının yayılmaması kimi sahələrdə ABŞ-ın əsas tərəfdaşıdır"

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü, Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatını təmsil edən Stiv Kohen Azərbaycanın milli bayramı - Respublika gününün 101-ci ildönümü münasibətilə bəyanatla çıxış edib.

Emtv.az Azərbaycanın ABŞ-dakı səfirliyin-ə istinadən xəbər verir ki, Konqres üzvü bəyanatında Azərbaycanın 1918-ci ildə müsəlman aləmində ilk demokratik, dünyəvi parlamentli respublika qurduğu, onun Prezident Vudro Vilson Administrasiyası tərəfindən tanındığını qeyd edib. Müstəqilliyinin 1920-ci ilədək davam etməsinə rəğmən qadınlara səsvermə hüququ verən ilk müsəlman dövləti olduğunu bildirib.

Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdiyini qeyd edən Konqres üzvü ölkəmizin Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdiyini vurğulayıb.

Bəyanatda Azərbaycanın qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində aparıcı rol oynadığı, İsrailin neft istehlakının 40%-nin Azərbaycan tərəfindən təmin edildiyi və İsraillə sıx dostluq əlaqələrinə malik olduğu qeyd olunub. 12000-dən artıq yəhudinin 2500 ildən artıq müddətdə ölkəmizdə yaşadığı, bundan əlavə Azərbaycanın həmçinin xristian icmalarının da məskəni olduğu və dini dözümlülüyə görə Avropa Parlamenti tərəfindən təqdir edildiyi vurğulanıb.

Daha sonra bəyanatda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Prqoramının fəal üzvü kimi beynəlxalq təhlükəsizlik, terrorçuluqla mübarizə, nüvə silahlarının yayılmaması kimi sahələrdə ABŞ-ın əsas tərəfdaşı olduğu qeyd olunub. Azərbaycan əsgərlərinin İraq, Kosovo, habelə Əfqanıstanla bağlı əməliyyatlarda ABŞ qoşunları ilə çiyin-çiyinə xidmət etdiyi vurğulanıb. Azərbaycanın Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin əməliyyatına verdiyi töhfə xüsusilə qeyd olunub.

Sonda Konqres üzvü Azərbaycan üzrə İşçi qurpun həmsədri olaraq ölkəmizin müstəqillik, təhlükəsizlik, insan hüquqları və demokratik dəyərlərin gücləndirilməsi istiqamətindəki səylərində Azərbaycan xalqı ilə birgə olduğunu vurğulayaraq ABŞ və Azərbaycan arasındakı tərəfdaşlığın davam etməsi və daha da güclənməsi ilə bağlı xoş arzularını ifadə edib.

Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR