18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycan ATƏT PA-nın komitə iclasında iştirak edir
Tbilisi şəhərində ATƏT Parlament Assambleyasının (PA) "Parlament nəzarəti: Məsuliyyətə cəlbetmə qüvvəsi" adlı beynəlxalq konfransı keçirilir.
Emtv.az yerli KİV-ə istinadən bildirir ki, Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti və Büro üzvü Azay Quliyev, deputatlar Asim Mollazadə və Sevinc Fətəliyeva Azərbaycanı bu tədbirdə təmsil edirlər.
Qeyd edək ki, tədbirin təşkilatçıları ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Gürcüstan Parlamenti və Milli Demokratiya İnstitutudur.
Konfransda "Parlament nəzarətində plenar və komitə iclaslarının rolu" mövzusunda I sessiyaya ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev moderatorluq edəcək.
Digər sessiyalarda "Təhlükəsizlik sektoruna nəzarət və maliyyə nəzarəti", "Parlament nəzarəti və müxalifətin rolu", "Parlamentin xarici fəaliyyəti və nəzarətin həyata keçirilməsində ictimaiyyətin rolu", "Parlament nəzarəti prosesində insan hüquqlarının təminatı" mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.
Deputatlarımız müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.
Aysu Əliyeva
Emtv.az