18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bir qığılcımla ot tayası külə döndü, yük maşını və ev yandı
Göyçayda avtomobil, bir taya ot və evin bir hissəsi yanıb.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, hadisə rayonun Şəhadət kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1975-ci il təvəllüdlü Vaqif Əliyev həyətinə "QAZ 53" markalı yük avtomobili ilə ot gətirən zaman həyətyanı ərazidən keçən elektrik xəttinə toxunub və yanğın baş verib. Bir qığılcım avtomobildəki 1 ton quru otun yanmasına səbəb olub. Yanğın genişlənərək yük maşınını, Vaqif Əliyevin evini bürüyüb.
Əraziyə Göyçay Yanğından mühafizə hissəsinin 2 briqadası cəlb olunub. Tez bir zamanda alovun qarşısı alınıb. Yanğın zamanı 166 kv sahəsi olan evin 20 kv hissəsi yanıb.
Faktla bağlı araşdırma aparılır.
Aysu Əliyeva
Emtv.az