18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Mariya Zaxarova: Azərbaycan XİN-lə növbəti görüşün keçirilməsi ilə bağlı işlər aparılır
Azərbaycan Xarici İşlər Nazirliyi ilə növbəti görüşün keçirilməsi ilə bağlı substantiv işlər aparılır.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki,bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi olaraq keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, ötən ilin sonunda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıya səfər edib. Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov 5 və 14 aprel tarixlərində Moskvada olub:
“Bizim diplomatlar işgüzar səviyyədə əlaqələr saxlayırlar. Rusiya xarici işlər nazirləri səviyyəsində görüşlərin mütəmadi olaraq keçirilməsinin tərəfdarıdır”.
Rusiya XİN nümayəndəsi qeyd edib ki, ölkələr arasında müxtəlif səviyyədə və formatda intensiv siyasi dialoq mövcuddur:
“Bu əlaqələr nəinki ikitərəfli, eləcə də beynəlxalq münasibətlər səviyyəsində qorunur. Məsələn, Rusiya-Azərbaycan-İran formatında. Hesab edirəm ki, bu format daha da genişləndirilməlidir. Qeyd etmək lazımdır ki, formatın genişləndirilməsi istiqamətində işlər aparılır. Bəzi detalları açıqlamaq istəmirəm. Azərbaycan Xarici İşlər Nazirliyi ilə növbəti görüşün keçirilməsi ilə bağlı substantiv işlər aparılır. Ölkələrarası iqtisadi əməkdaşlıq Hökumətlərarası Komissiya formatında davam etdirilir. İki ölkənin müvafiq qurumları arasında müxtəlif növ məhsulların mübadiləsi üzrə əməkdaşlıq həyata keçirilir”.
Seymur Rəhimov
Emtv.az