SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Maskalılar azərbaycanlı "avtoritet”in yas mərasiminə basqın etdilər

6-06-2019, 10:26 | Oxunub: 10 517 |

Maskalılar azərbaycanlı "avtoritet”in yas mərasiminə basqın etdilər

Rusiyanın Sverdlovsk vilayətində ötən gün - iyunun 5-də azərbaycanlı kriminal avtoritet Vaqif Güləhməd oğlu Sultanovun yas mərasiminə xüsusi təyinatlılar basqın edib.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, Vaqif Sultanov ötən gün dəfn olunub və kriminal aləmin çoxsaylı nümayəndələri, habelə regiondakı azərbaycanlı icmasının üzvləri onun "Komfort" kafesində təşkil olunan yas mərasiminə toplaşıblar. Bu vaxt Sverdlovsk vilayəti üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maskalıları kafeyə basqın edib və 30 kriminal avtoriteti saxlayıb. Saxlanılanlar polis bölməsinə aparılıb.

Rusiya DİN-in Sverdlovsk vilayəti üzrə İdarəsinin mətbuat katibi Valeri Qorelıx deyib ki, yas mərasiminə reyd "profilaktik xarakter daşıyırdı". Onun sözlərinə görə, reydə "Rosqvardiya"nın xüsusi təyinatlılarının dəstəyi ilə keçirilib.

"Kriminal aləmin nümayəndələri və onların yaxınları bilməlidir ki, Şimali Uralda bir qüvvə var, o da DİN, FTX, "Rosqvardiya" və İstintaq Komitəsi"-Qorelıx bildirib.

Məlumata görə saxlanılanların bir çoxu artıq buraxılb. Güc strukturlarındakı mənbə deyib ki, üzərlərində silah və qadağan edilmiş pereparatlar aşkar edilməyənlər "profilaktik söhbətdən" sonra buraxılacaqlar.


Mərhəmət Lələyev
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR