SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Əbülfəs Qarayev Ramazan bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib

5-06-2019, 15:40 | Oxunub: 10 744 |

Əbülfəs Qarayev Ramazan bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib

Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizin mədəniyyət ictimaiyyətini islam dünyasının müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

Emtv.az Mədəniyyət Nazirliyin-ə istinadən xəbər verir ki, təbrikdə qeyd olunur ki, Azərbaycan tarixən islam dəyərlərinin qorunub yaşadıldığı məkan kimi tanınıb.

Ölkəmizdə islam irsi ilə bağlı abidə və ocaqlar dövlətin diqqət və qayğısı ilə əhatə olunub. VIII əsrin yadigarı olan Şamaxı Cümə məscidi müsəlman dünyasında ən qədim dini abidələrdəndir. Prezident İlham Əliyevin sərəncamına əsasən, 2010-2013-cü illərdə bu ibadətgahda əsaslı təmir işləri aparılaraq istifadəyə verilib.

Vurğulanır ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın müsəlman aləmi ilə əlaqələrinin inkişaf etdirilməsini həmişə diqqət mərkəzində saxlayırdı. Azərbaycanın müsəlman ölkələri ilə bütün sahələrdə əlaqələrinin genişləndirilməsi, xalqlar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi, münasibətlərin dərinləşdirilməsi istiqamətində ardıcıl addımlar atmışdı. Ümummilli lider ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinin inkişafına da öz töhfələrini vermişdi. Möhkəm təməllər üzərində qurulan bu əlaqələr, sonradan Prezident İlham Əliyev tərəfindən daha da genişləndirildi, Azərbaycan islam ailəsinin etibarlı üzvü kimi böyük nüfuz qazandı. Bu sahədə həyata keçirilən işlərin nəticəsidir ki, 2009-cu ildə Bakı şəhəri, 2018-ci ildə isə Naxçıvan şəhəri "İslam mədəniyyətinin paytaxtı" kimi yüksək missiyanı yerinə yetirib. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi müsəlman aləminin Azərbaycana göstərdiyi böyük etimadın bariz nümunəsi idi.

Təbrikdə daha sonra deyilir: "İslam dininin humanist dəyərlərini özündə yaşadan və insanları birliyə, bərabərliyə, paylaşmağa səsləyən Ramazan ayı Azərbaycan xalqının mənəvi dünyasında xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz birgəyaşayışın, bərabərlik və qarşılıqlı anlaşmanın ideal məkanı, xalqımız isə bu kimi mütərəqqi dəyərlərin sadiq daşıyıcısıdır. Ramazan bayramının fitrət və fəlsəfəsinin əsasını mənəvi zənginlik, nəfsinə hakim olmaq, yardımlaşmaq təşkil edir və orucluq ayini insanın sosial məsuliyyət hissini bir daha xatırladır".

Əbülfəs Qarayev təbrikin sonunda mədəniyyət ictimaiyyətinə müqəddəs bayram münasibətilə cansağlığı, ailə səadəti və ölkəmizin tərəqqisi naminə yeni uğurlar arzulayıb.

Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR