SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

DİM 26 İLLİK YOLUNDAN SAPIR? - ABBASZADƏ QƏBUL ETMİR, ANCAQ…

5-06-2019, 13:13 | Oxunub: 13 266 |

DİM 26 İLLİK YOLUNDAN SAPIR? - ABBASZADƏ QƏBUL ETMİR, ANCAQ…

Xalq “təhsil mafiyası”nın əvvəl-axır test üsulu ilə qəbulu aradan qaldırıb “sovet qəbulu”na dönüləcəyinə görə narahatdırlar

1992-ci ildən bəri tətbiq olunan test üsulu ilə tələbə qəbulunun tarixində ən aşağı göstərici bu il qeydə alınıb. Yüksək bal toplayan yoxdur. Emtv.az xəbər verir ki,bu barədə Xalid Kazımlı bir neçə gün bundan öncə “700 bal toplayan abituriyentlər hara yox oldu?” başlıqlı köşə yazısında məlumat verib. Həmkarımız faktlarla çıxış edib və yazıb:“Həmişə ilin bu günləri toplanması mümkün 700 balın 700-nü də toplayan vunderkindlərin adını tanıyar, tanımaza-bilməzə onlarla qürur duyardıq (vətən övladlarıdır, millətin gələcəyidir deyə). Son 27 ildə ilk dəfədir ki, maksimum bal toplayan olmadı.

Ancaq bu gözlənilirdi. Hələ keçən il Dövlət İmtahan Mərkəzi qurulmuş İsveçrə saatı kimi işləyən testlə qəbul mexanizminin ora-burasını söküb-yığanda, ”təkmilləşdirəndə” aydın idi ki, bu mexanizm pozulacaq və onun mənfi nəticəsi özünü növbəti imtahan ilində göstərəcək”.

Müəllif hesab edir ki, DİM dövlət sifarişi ilə qəbul olunanların sayının minimum olmasını təmin etmək üçün belə bir “islahat” keçirdi və budur, “islahat”ın meyvəsi göz önündədir: “Maksimum ballar dövlət sifarişinə düşənlərin minimum sayda olmasına qurban verilib. Zatən, illərdir bir gizli mübarizə gedirdi ki, son 27 ildə ölkədə ən uğurlu islahat kimi tarixə düşən test üsulu ilə qəbula necə barmaq eləsinlər və qəbul məsələsi sovet dövründə olduğu kimi, müəllim tamahı və vicdanının öhdəsinə qalsın. O vaxtlar vicdansız müəllimlər o qədər əlaçı şagirdə ”bala, get, gələn il gələrsən” deyərək, ağlada-ağlada evə yola salırdılar ki”.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il heç bir abituriyentin 700 bal toplamaması ilə bağlı qurumun ünvanına səsləndirilən ittihamlara cavab verib.

DİM-in saytında dərc olunan “700 bal toplayanlardan ötrü ”ah-nalə”” adlı yazısında M.Abbaszadə 700 bal toplayan abituriyentlərlə bağlı statistikanı təqdim edib və qeyd edib ki, pedaqoji nöqteyi-nəzərdən 650 baldan yuxarı nəticə göstərən abituriyentləri bir-birindən fərqləndirmək düzgün deyil.

Yazıdan bəzi məqamları nəzərə çatdıraq: “İlk olaraq, kütləvi test imtahanlarının keçirildiyi illərdə 700 bal toplayan abituriyentlərlə bağlı statistikanı rəsmi surətdə təqdim edirik.

Cədvəldən də göründüyü kimi, test imtahanları 1992-ci ildən etibarən keçirilsə də, ilk 700 bal toplayanlar 2007-ci ildə qeydə alınıb. Vurğulamaq lazımdır ki, bundan öncə 2001-ci ildə ölkə prezidentinin müvafiq fərmanına əsasən qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlərə Prezident təqaüdü təyin edilmişdir. Bununla da abituriyentlərdə nəinki bu və ya digər ixtisasa qəbul olunmaq üçün tələb olunan balları toplamaq, eyni zamanda təqaüd almaq üçün öz ixtisas qrupunda birinci olmağa motivasiya yaranmışdır. Məhz bunun nəticəsində 2007-ci ildə ilk “700 ballı”ları müşahidə etdik. Qeyd etmək lazımdır ki, pedaqoji nöqteyi-nəzərdən 650 baldan yuxarı nəticə göstərən abituriyentləri bir-birindən fərqləndirmək düzgün deyil. Onların hamısı çox savadlı və məqsədyönlü şəxslərdir. Lakin müsabiqənin xüsusiyyətləri və abituriyentlərin iddia etdikləri müxtəlif ixtisaslarda yerlərin məhdud sayı konkret bir parametrin, yəni bədnam insan amili olmadan (insan amili dedikdə tapşırıq və ya pul ilə nəyisə həll etmək nəzərdə tutulur) abituriyentləri sıralamağa imkan verən balın zəruriliyini diktə edir. Ballar məhz bunun üçün lazımdır”.

Yazıda həmçinin qeyd olunub ki, dövlət sifarişi üzrə yerlərin sayı bu il ötən illə müqayisədə 12 mindən 20 minədək artıb: “Yəni bu il dövlət sifarişi əsasında təhsil almaq imkanını əldə edən abituriyentlərin sayı 8 min nəfər çox olacaq. Hörmətli cənablar, əziyyət olsa da, bu il üçün qəbul qaydaları ilə də tanış olun. Dövlət sifarişi əsasında qəbul aparılan yerlər üzrə müsabiqə şərtləri keçən ilə nisbətən liberallaşdırılmışdır. Bu şərtlər ümumi müsabiqəyə buraxılma şərtlərindən fərqlənmir, keçən ilə nisbətən isə 50-100 bal aşağı salınıb. İndi deyin, kim gənclərin taleyini düşünür? İmtahan modelini dəyişməklə DİM hansı gizli məqsədləri güdür? Bunlar, əlbəttə, ritorik suallardır”.

X.Kazimlı isə sözügedən cavab məqaləsindəki detallarla tam razılaşmır. Onun bu mövzuya dair qələmə aldığı, “Ah eylədiyim sərvi-xuramanınız üçün deyi, gələcəyimiz üçündür” başlıqlı ikinci məqaələsində qeyd edir ki, DİM rəhbəri yazdığı məqalədə 1992-2018-ci illər arasında 700 bal toplayanların statistikasını verib və buradan belə aydın olur ki, abituriyentlər 700 balı toplamağa uzun illərdən sonra ilk dəfə 2007-ci ildə nail olublar. Sonra ardı gəlib: 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018-ci illərdə toplam olaraq 111 abituriyent 700 bal toplayıb. Ötən il 29 (rekord) abituriyent 700 bal toplayıb: “Bu il isə belə oldu. Demək, ortada bir tənəzzül qeydə alındı. Bu isə heç də təhsil sferasının günahı deyil. Çünki universitetə hazırlaşan abituriyentlər ötən il də hazırlıq kurslarının, fərdi repetitorların xidmətindən yararlanırdılar, bu il də elə edirlər, hətta daha artıq səy göstərir, daha artıq əziyyət çəkirlər. Demək, imtahanın təşkilində tətbiq edilən yenilik abituriyentləri daha da çətinə salıb, onların yükünü daha da artırıb”.

Redaktor qeyd edib ki, DİM-in son açıqlaması bir çox həqiqətləri ortaya qoyub: “Buradan belə anlaşılır ki, 2018-ci ildə göstərilən rekord nəticə (650-dən artıq bal toplayanların bütün gözləntiləri aşması) DİM-i məcbur edib ki, abituriyentlərin yolunu daşlığa, tikanlığa salsınlar və onlar çox bal toplaya bilməsinlər. Məqsəd çox bal toplayanların azaldılması olub. Bu isə DİM-in 26 ildən bəri gəldiyi yoldan hələlik bir balaca sapmasını göstərir. İmtahanların pullu olması, dövlət sifarişi ilə pulsuz oxuyacaq tələbələr üçün ayrılan yerlərin ilbəil azaldılması – bunlar xoşagəlməz təmayüllərdir.

İctimaiyyətin narahatlığı da ona görədir ki, son 27 ilin ən dürüst, şəffaf, qanuni işləyən mexanizmi korlanmasın, neqativ hallara yol açmasın, “arxa qapıdan” və böyük çirkli pullarla tələbə adı qazanaraq yuxarı başa keçənlərə fürsət yaratmasın.

Xalq arasında belə bir əndişə var və builki nəticələr o əndişəni xeyli şiddətləndirib. Onlar “təhsil mafiyası”nın əvvəl-axır test üsulu ilə qəbulu aradan qaldırıb “sovet qəbulu”na dönüləcəyinə görə narahatdırlar. İndilikdə başqa söz demirəm, təki axırı yaxşı olsun, gələn il abituriyentlər yüksək bal toplamaq ənənəsini bərpa etsinlər. Görünür, onlar maksimum nəticə göstərməyin çəmini tapmaq, sirrini çözmək üçün bir neçə il səylə çalışacaqlar.

700 bal toplayanların çoxluğundan isə qorxmaq lazım deyil. Onlar çempion, birinci olmaq istəyən uşaqlardır və mütləq rekorda can atacaqlar”.


Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR