17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bakı metrosunun istifadəçilərinə ŞAD XƏBƏR
"Bu il metro stansiyalarında havalandırmanın yaxşılaşdırılması üçün 7 ventilyator quraşdırılacaq".
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Elektromexanika Xidmətinin rəisi Nüsrət Abdullayev deyib.
Onun sözlərinə görə, hazırda metronun "Memar Əcəmi" və " Qara Qarayev" stansiyalarında hər birində bir ədəd 75 kVt-luq ventilyatorlar quraşdırılıb:
"Hazırda xüsusi sifariş əsasında Rusiyanın "Ventprom" maşınqayırma zavodunun məhsulu olan 7 ventilyator Bakıya gətirilib. Ventilyatorların idarəetmə sistemləri Almaniyanın "Siemnes" və "Schneider" şirkətlərinin avadanlıqları üzərində qurulub. Bu il stansiyalarda 7 ventilyator dəyişdiriləcək, gələn il üçün isə daha 10 ədəd ventilyatorun alınması nəzərdə tutulur".
N.Abdullayev bildirib ki, yaxın vaxtlarda "Nizami", "Nərimanov" və "Ulduz" stansiyalarında da ventilyatorlar quraşdırılacaq:
"Ventilyatorlardan 4-ü 75 kVt-luq , 3-ü isə 55 kVt-luqdur. 2 ədəd 55kVt-luq ventilyator "Nərimanov" və "Ulduz" stansiyalarının arasındakı tuneldə, biri isə "Nizami" stansiyasında quraşdırılacaq".
Seymur Rəhimov
Emtv.az