SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İşdən çıxarılan kişi direktorun otağına qumbara atdı

4-06-2019, 13:45 | Oxunub: 10 998 |

İşdən çıxarılan kişi direktorun otağına qumbara atdı

Sumqayıt şəhərində şirkət direktorunu öldürməyə cəhddə təqsirli bilinən Şirin Astanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Sumqayıtda yerləşən "Azkompozit" MMC şirkətinin direktoru Rəsul Baxşəliyevi öldürməyə cəhd etməkdə ittiham olunan işçisi Şirin Astanovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Cavid Hüseynovun icraatına verilib.

Yaxın günlərdə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olacaq.

Qeyd edək ki, bu il martın əvvəlində Sumqayıtda yerləşən "Azkompozit" MMC şirkətinin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələn idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsində işləmiş Şirin Astanov əvvəlki işinə bərpa olunmasını tələb edib.

Direktor "yox" cavabı verəndə Şirin Astanov onu döyüb.

Daha sonra Şirin Astanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxarıb, onu direktorun otağına ataraq partlatmağa çalışıb.

Amma qumbarada olan texniki nasazlıqdan partlayış baş verməyib.

Hadisə yerinə gələn polislər Şirin Astanovu tutub.

İstintaq orqanı tərəfindən Şirin Astanovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Mərhəmət Lələyev
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR