SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İcra Hakimiyyəti Qarabağ qazisindən rüşvət tələb edib? - Video

4-06-2019, 11:05 | Oxunub: 9 320 |

İcra Hakimiyyəti Qarabağ qazisindən rüşvət tələb edib? - Video

Emtv.az xəbər verir ki ,Qaradağın icra başçısı Süleyman Mikayılov Qarabağ qazisi Bəhruz Talıbovun ailəsinin əmlakını 10 min manat rüşvətə görə sökürüb. Sonradan İcra Hakimiyyətinin məsul işçiləri 8, daha sonra isə 5 minə söküntünün bərpasını təklif ediblər.

Bu ağır ittihamı Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri Məlahət Abasova dilə gətirib. Birlik sədri videogörüntü ilə açıqlama verərək, deyib ki, icra başçısı və ətrafının özbaşınalığından dəfələrlə yuxarı orqanlara şikayət yazıblar. Lakin nəticəsi olmayıb: "Hətta bir dəfə Süleyman Mikayılovun qəbulunda olub, qazi ailəsindən rüşvət tələb olunduğunu dedik, lakin heç elə bil belə söz deyilmədi. Heç nə olmamış kimi özlərini apardılar. Mənə çatmır ki, Zərifə Talıbovanın yan-yörəsində hamı eyni sərəncamla mağaza işlətdiyi halda, niyə sonradan qazi ailəsinə belə qəddar münasibət göstərildi?".

O bildirib ki, mərhum Qarabağ qazisi Bəhruz Talıbovun həyat yoldaşı Zərifə Talıbovanın mağazasının bərpası ilə bağlı məhkəməyə də müraciət edilib, maddi və mənəvi təzminat tələb olunub.

Sonda isə o, 24 kv.metrlik obyektlə bağlı icra başçısı və məmurlara sərt mesaj verib: "Allah gözünüzü doydursun. Orada yüzlərlə mağaza var, olmaz ki, birindən də pul almadan işləməsinə imkan verəsiniz?

Süleyman Mikayılov, sənin oğlun burada bahalı maşın sürüb, kef çəkmək üçün bu cür insanların ərləri döyüşüb?".

Daha sonra mia.az onu da qeyd edib ki, bu iddialarla bağlı mayın 26-da İcra Hakimiyyətinin rəsmi elektron poçtuna sorğu göndərsək də, bu gündək cavablandırılmayıb.

Bununla belə məsələ ilə bağlı İH-nin də mövqeyni dərc etməyə hazırıq.


Aynurə Kərimova
Emtv.az




OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR