SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Belqradda Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib - FOTO

4-06-2019, 10:34 | Oxunub: 10 780 |

Belqradda Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib - FOTO

İyunun 3-ü Belqradda Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr baş tutub.

Emtv.az Azərbaycanın Serbiyadakı Səfirliyin-ə istinadən xəbər verir ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Ramiz Həsənov, Serbiya tərəfindən isə Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin direktoru Zoran Vuyiç rəhbərlik edib.

Tərəflər iki ölkə arasında dostluq və əməkdaşlıq şəraitində inkişaf edən qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin ölkələrimizin tərəqqisi üçün vacib amil olduğunu məmnuniyyətlə qeyd etdilər. Azərbaycanın bilavasitə təşəbbüsü, dəstəyi ilə həyata keçirilən regional, beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələri, o cümlədən BTC neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz dəhlizi və onun tərkib hissələri olan TANAP, TAP layihələri, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri, Bakı beynəlxalq dəniz ticarət limanı və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsinin ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı və bu gün artıq beynəlxalq nəqliyyat qovşağına çevrilməsinin bariz nümunəsi olduğu vurğulandı.

Tərəflər Azərbaycan ilə Serbiya arasında dövlət və hökumət başçıları səviyyəsində daimi əsasda davam etdirilən siyasi dialoqun müstəsna rolunu önə çəkdilər. Qeyd olundu ki, bu günədək iki ölkə arasında 31 sənədin imzalanması və bir sıra sazişlərin baxılmaqda olması əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsindən xəbər verir. O cümlədən strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyi bildirilib.

Görüşdə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi, həmçinin Kosovo və Metoxiya məsələsi, bölgədə baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıldı.

Bununla yanaşı, Azərbaycan Respublikası ilə Serbiya arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti və biznes forumlarının təşkilinin ikitərəfli əməkdaşlığın zəngin potensialından daha səmərəli şəkildə faydalanmağa əlavə təkan verə biləcəyi barədə ümumi fikirlər səsləndirildi.

Aparılan fikir mübadiləsi zamanı Azərbaycan və Serbiyanın BMT və digər müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və qarşılıqlı dəstək göstərilməsinin perspektivləri müzakirə olundu və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edildi.

Görüş əsnasında ikitərəfli və çoxtərəfli gündəliyə aid digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Daha sonra Azərbaycan nümayəndə heyəti Serbiya parlamentinin sədr müavini Vladimir Marinkoviç ilə görüş keçirdi. Görüşdə ölkələrimizin parlamentləri arasında fəal əməkdaşlığın olduğu, qarşılıqlı səfərlərin intensiv xarakter daşıdığı məmnunluqla ifadə edildi.

Səfər çərçivəsində nümayəndə heyəti Belqrad şəhərində "Taşmaydan parkı"nda ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin heykəlini ziyarət etdi, önünə əklil qoydu və xatirəsini ehtiramla yad etdi. Bundan başqa, nümayəndə heyəti görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini, 1999-cu ildə NATO bombardmanları zamanı həlak olmuş uşaqların xatirəsinə həsr olunan "Biz sadəcə uşaqlar idik" abidəsini də ziyarət etdi.

Sonra nümayəndə heyəti Serbiyanın Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzini, Səfirliyi və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət etdi, Serbiyadakı Azərbaycan icması ilə görüşdü.


Aynurə Kərimova
Emtv.az




Belqradda Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib - FOTO
Belqradda Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib - FOTO
Belqradda Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib - FOTO

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR