SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Tovuzda BARAMA BİYARI...

4-06-2019, 10:14 | Oxunub: 11 371 |

Tovuzda BARAMA BİYARI...

Tovuz rayonunun bəzi kəndlərində əhaliyə məcburi şəkildə barama paylanılır.

Baramanı götürməyənlər və götürüb planı doldurmayanları isə cərimə edirlər. Hər şəxsə bir qutu barama verilir.

Emtv.az xəbər verir ki,bu barədə yerli mətbuata Tovuz sakinləri məlumat veriblər. Rayon sakinləri bundan çox narahatdırlar.

Qeyd edək ki, bunun iqtisadi əsası yoxdur. Çünki SSRİ-nin dağılmasından sonra, Azərbaycanda planlı iqtisadiyyat ləğv olunub. Hətta kolxoz, sovxoz dövründə belə insanlar planı ödəmədiyinə görə cərimə olunmayıb.

Hazırki dövrdə planlı iqtisadiyyat mövcud deyil, onun yerini bazar iqtisadiyyatı tutub. Bu vəziyyətdə planlı iqtisadiyyatın yenidən bərpa olunma cəhdləri, yalnız iqtisadiyyata zərər verə bilər.

Görəsən, bunu nəyə əsasən əhaliyə tətbiq edirlər?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Tovuz Rayonu İcra Hakimiyyətinin Memarlıq və tikinti işləri şöbəsinin baş məsləhətçisi Sahib Əsgərov isə bu iddiaları qəti şəkildə rədd edib.

S.Əsgərov bildirib ki, belə bir qərar yoxdur: “Tovuz rayonunun sərhəd kəndlərində, nə də mərkəzə yaxın ərazilərində belə bir iş icra edilmir. Bununla bağlı kimlər şikayət edib bilmirəm, lakin məqsədləri bir qədər maraqlıdır. Düşünürəm ki, bu məsələ telefonla tam həllini tapmayacaq, əgər qaranlıq qalan məsələ olsa, buyurub rayonumuza da ziyarət edə bilərlər. Kəndimizdə bu köhnə qayda tətbiq olunmur”.


Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR