17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
GDU-da hansı işlər çevrilir...
"Gəncə Dövlət Universitetində Pedaqoji fakültədə imtahanlardan, kollekviumlardan, aylığa buraxılan tələbələrdən "əhmət haqqını" birbaşa dekan Bayram Apoyev yığır. Bu şəxs mövzu götürüb doktorluq dissertasiyası müdafiə etmək istəyir. Demək olar ki,elmi tədqiqat işi aparmasa belə, doktorluq dissertasiyası artıq hazırdır.Bu şəxsin pul yığmaqdan nə vaxt başı açıldı ki, elmi tədqiqat işi ilə məşğul oldu?"
Emtv.az xəbər verir ki,bu barədə yerli KİV-lərə göndərilən məqalədə qeyd olunur.
Daha sonra bildirilir: "Pedaqoji fakültənin hazırki dekanı Apoyev Bayram Fəti oğlu 20 ildir ki,dekan işləyir. Onun doktorluq dissertasiyasının mövzusu Nizami Gəncəvinin yaradıcılığı ilə əlaqəlidir.Hazır dissertasiya işi tapana qədər bir neçə dəfə doktorluq dissetasiya işinin adı dəyişdirilmişdir.Heç bir elmi yaradıcılıq məzuniyyətində, heç bir kitabxanada olmayıb. Maraqlıdır,elmi-tədqiqat işini bu adam harada aparıb?Bu şəxs bütün günü tələbələrdən pul yığmaqla məşğuldur.
Bayram Apoyev özü dəfələrlə etiraf edib ki, "Ali Attestasiya Komissiyasında mənim yaxın adamım var,ona 30000 manat vermişəm, ekspertdən də keçmişəm, mənim adamım var,kim istəsə ona kömək də edə bilərəm.Ali Attestasiya Komissiyasındakı yaxın adamım 30000 manat alıb doktorluq dissertasiyasını təsdiq elətdirir".
Daha sonra dia.az onu da qeyd edib ki, Bayram Apoyevin doktorluq dissertasiyasını pedaqogika üzrə elmlər doktoru, professor Akif ABBASOV yazıb.Bayram Apoyevin özünün bu dissetasiasiya işindən ümumiyyətlə, xəbəri belə yoxdur.Bayram Apoyev deyir ki, yaxın günlərdə dissertasiya işim AAK tərəfindən təsdiq olunacaq və diplomumu alacam.Bütün bunlar Ali Attestasiya Komissiyasında işləyən bəzi şəxslərin korrupsiyaya bulaşdığını göstərir".
Yazıda səsələnən iddialarla bağlı emtv.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Sevinc Əlimova
Emtv.az