17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
AĞSUDA PREZİDENTİN ƏLEYHİNƏ İŞLƏYƏN MÜDİR AQİL NİFTƏLİYEVDİR-VIDEO/FOTO
O,İŞLƏDİYİ İDARƏDƏ HAQQINI, HÜQUQUNU POZDUĞU İNSANLARI ÖLKƏ BAŞÇISININ ƏLEYHİNƏ QALDIRIR
Hörmətli oxucular ! Emtv.az xəbər verir ki,əgər yadınızdadırsa biz ötən yazımızda Cənab prezidentin sərəncam və göstərişlərinə, tapşırıqlarına məhəl qoymayan, onun gördüyü işlərin əksinə gedən, tabeliyində olan işçıləri incidən, aldadan, süründürən,qapılara salmağa məcbur edən Azərbaycan Avtomobil yolları Agentliyi Ağsu rayon idarəsinin müdiri Aqil Niftəliyev haqqında ötəri yazmışdıq. Ona görə ötəri deyirik ki, məqsədimiz kimisə tənqid etmək, onun cinayət xarakterli əməllərini açıb göstərmək, respublika rəhbərliyinin və aidiyyatı orqanların diqqətinə çatdırmaq deyil, hüququ pozulmuş,aldadılaraq " Sizi razı salacağam" deyib ərizələrini alıb işdən çıxarılan və əmək haqqları mənimsənilən sürücülərə, öz halal alın təri ilə yaşayan zəhmətkeş insanlara kömək etmək, dəstək göstərmək pozulmuş hüquqlarını bərpa etmək idi.
Amma təəssüf ! Çoxtəəssüf ! Görünür A.Niftəliyev işlədiyi 5 il ərzində o qədər harınlamış və məsuliyyət hissini o qədər itirmişdir ki, törətdiyi əməllərin və cinayətlərin acı nəticələr doğuracağını, böyük qalmaqallara, səs- küyə səbəb olacağını düşünməmişdir. Və hətta deyilənə görə yaxın dostu olan Ağsu Rayon İcra hkimiyyətinin başçısı bu ışdə ona kömək etməmişdir. Yəni onu bu cinayət xarakterli çirkin əməllərdən çəkib çıxarmamışdır. Bəlkə də heç Ənvər müəllimin onun törətdiyi cinayətlərdən xəbəri yoxdur? Amma ola bilməz ! Çünki şikayətçilər, öz haqları uğrunda mübarizə aparan Ağsu rayon yol idarəsinin sürücüləri Hikmət Əvəz oğlu Mirzəyevin və Zaur Fuad oğlu Həsənovun respublikada yazmadəğı yer qalmayıb: ölkə başçısı, birinci Vitse- Prezident, Baş Prokuror, Daxili İşlər Naziri və.s. Biz bu barədə sonra danışacağıq.
İndi görək Azərbaycan Avtomobil Yolları Agentliyi Ağsu rayon yol idarəsində nələr baş verir ? Üç aydan çoxdur ki, dövlət idarələrinin qapılarını döyən sürücülərin şikayəti nədən ibarətdir? Uzun müddətdir ki, evindən- eşiyindən didərgin düşən, Ağsu ilə Bakının arasında qalan bu insanların dərdi nədir ? Şikayətçiləri dinlədikcə məlum olur ki, bu zavallı insanlar Aqil Niftəliyev yol idarəsinə müdir gələn gündən, yəni 5 ildir ki, maaş almırlar. Daha doğrusu, aldiqları halal 500-- 550 manat pulu son qəpiyinə qədər qaytarıb Aqil Niftəliyevə verirlər. Bu, A.Niftəliyevin özünə xas olaraq idarədə yaratdığı qayda və iş prinsipi idi.
Necə deyərlər, əgər bu qaydaya layiqincə əməl olunmazsa, tələb olunan məbləğ vaxtında çatdırılmazsa sürücülərin qara günləri başlayar, maşınları əllərindən alınıb 7-10 gün idarənin həyətində saxlanılardı. Bu, Aqil Niftəliyevin cəza tədbiri idi. Və cənab Niftəliyev sürücülərin aylıq əmək haqqının axırıncı manatına qədər almayınca maşını həyətdən buraxmazdı. Uşaqlarının ac gözlərinə baxmaqdan utanan bu zavallı və biçarə insanların düşdüyü vəziyyət, çəkdiyi əzab və iztirablar qətiyyən Aqil Niftəliyevi maraqlandırmirdı. Çünki o, insanları duymaq hissini, qanun aliliyinə hörmət etmək Cənab Prezidentin göstəriş və tapşırıqlarını yerinə yetirmək məsuliyyətini tamamilə itirmişdir. O, bütün dəyərlərin və qanunların üstündən xət çəkərək işlədiyi müddət ərzində, yəni 5 il ərzində bir dəfədə olsun sürücülərin maaşlarını özlərinə verməmişdir.
Çox təəssüf ki, aqil Nioftəliyevin çirkin əməlləri və törətdiyi cinayətlər bununla qurtarmır. Dişi şirəyə batan A. Nigtəliyev Azərbaycan Avtomobil Yolları Agentliyi rəhbər dairələrindəki havadarlarına və rayondakı dostlarına arxalanaraq daha ağır cinayətlərə əl atmışdır. Şikayətçilərin dediyinə görə idarədə ştatda olan 80- 90 nəfərdən faktiki olaraq yalnız 30- 40 nəfər fəaliyyət göstərir, qalanlarının ancaq adları gedir. Sürücülər iddia edirlər ki, A.Niftəliyev idarəyə müdir gəldiyi gündən maşının ehtiyat hissələrini və benzin almamışlar, yalnız ağ vərəqlərə və blanklara qol çəkdirmişlər.
Soruşanda da deyiblər ki, bunlar sizlik deyil, sadəcə qol çəkməyiniz lazımdır. 5 ildir bax, beləcə, idarəyə verilən ehtiyat hissələrinin və tonlarla benzinin hara getdiyini sürücülər bilmirlər. Bilənlər yalnız Aqil Niftəliyev, onun xeyrini görən dövlət Agentliyinin rəhbərliyində olan havadarları və rayondakı dostlarıdır. Bir də aidiyyatı təşkilatlara yazılmış ərizələri tədbir görmək üçün göndərilmiş dövlət məmurlarıdır. Əgər hüquq- mühafizə orqanlarının işçiləri və korrupsiyaya qarşım übarizə idarəsinin əməkdaşları bu işləri diqqətlə yoxlasalar çox ciddi qərarlar qəbul etmək üçün kifayət qədər faktlar aşkar edərdilər.
Daha sonra dogruxeber.az onu da qeyd edib ki,heç şübhəsiz ki,sürücülərin - Hikmət Mirzəyev və Zaur Həsənovun haqlı şikayətləri təmin olunmasa, axırda bu belədə olacaqdır. Yəqin Aqil Niftəliyev və onun havadarları hörmətli Prezidentimiz Cənab İlham Əliyevin dediyi sözləri unudublar? Elə isə bir daha onların yadına salırıq. Cənab Prezident çox ciddi və sərt şəkildə demişdir : " Azərbaycan vətəndaşları tam əmin olıa bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır."
Biz isə bu mövzuya yenə qayıdacağıq.
Qarşı tərəfi dinləyib mövqeylərin dərc etməyə hazırıq.
Sevinc Əlimova
Emtv.az