18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ramil Usubov iki nəfəri işdən çıxardı - Saxtakarlıq və nöqsana görə - YENİLƏNİB
12:07
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Əliyev vəzifəsindən azad edilib və sərəncama götürülüb.
Onun işdən azad edilməsinə səbəb işində yol verdiyi nöqsanlar olub.
Nazirin digər əmrinə əsasən, Tovuz Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Kamil Quliyev vəzifəsindən kənarlaşdırılıb.
Kamil Quliyev saxta şəxsiyyət vəsiqəsi verdiyi üçün xidmətdən xaric edilib.
Qeyd edəək ki, hər iki şəxsin yerinə hələki təyinat yoxdur.
---------
10:33
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov daha bir kadrı cəzalandırıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu ilin yanvar ayında Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə polkovnik Əkbər İsmayılov təyin edildikdən sonra idarə daxilində yeniləmə işlərinə başlanılıb.
Bir müddət sonra İdarənin keçmiş fəaliyyətinin araşdırılması üçün nazirlik tərəfindən xidməti yoxlama aparılıb. Nəticədə, fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə İdarənin Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Əliyev nazirin əmri ilə vəzifəsindən azad olunub və sərəncama götürülüb.
Qeyd edək ki, bir neçə gün əvvəl Tovuz RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Kamil Quliyev saxta şəxsiyyət vəsiqəsi verdiyi üçün nazir Ramil Usubovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub.
Nəzrin Abbaszadə
Emtv.az