18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ağ Evin qarşısında bir nəfər özünü yandırıb - FOTO
Vaşinqtonda, Ağ Evin yaxınlığındakı "Ellips" parkında bir kişi özünü yandırıb.
İnsident mayın 29-da, günorta vaxtı, prezident Donald Tramp administrasiya binasında olarkən baş verib.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, sosial şəbəkələrdə yayılmış kadrlarda paltarı yanan kişinin Ağ Ev və Kapitoli arasında yerləşən abidənin yanında çəmənliyə yıxıldığı görünür.
Hadisə şahidi 17 yaşlı Alina Berzin CNBC-yə belə məlumat verib:
"O yeriyirdi, polislər gələndə isə yıxıldı. Ətrafdakıların hamısı, o cümlədən mən də şoka düşmüşdük".
Berzinin sözlərinə görə, hadisə yerinə dərhal polislər, helikopter və yanğınsöndürən maşınlar gəlib.
Hadisə yerinə ilk gələn polislər və xüsusi xidmət orqanlarının əməkdaşları yanan kişiyə ilk yardım göstərib, hospitala aparıblar. Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Parkda xidmət göstərən polisin söylədiyinə görə, həmin şəxs Merilend ştatının Betesda şəhər sakini Arnav Qupta olub.
"Ellips" parkı Ağ Evin cənub tərəfində yerləşən böyük çəmənlikdən ibarətdir. Bu parkda turistlər prezidentin helikopterinin havaya qalxdığını müşahidə edə bilirlər. Ağ Evə yaxın olduğu üçün parkın ərazi gücləndirilmiş mühafizə altındadır.
Mərhəmət Lələyev
Emtv.az