17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Nazirlikdən diplomların Türkiyədə tanınmaması ilə bağlı - AÇIQLAMA
Təhsil Nazirliyi Azərbaycanın bir sıra universitetlərinin diplomlarının Türkiyədə tanınmaması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli informasiyanın dəqiq olmadığını deyib:
“Türkiyə tərəfindən hansısa universitetlərimizin diplomlarının tanınmaması ilə bağlı rəsmi müraciət daxil olmayıb. Rəsmi müraciət daxil olacaqsa, araşdırma aparacağıq. Hər bir Azərbaycan universitetinin, xüsusilə dövlət universitetlərində verilən təhsilin keyfiyyətinə inanırıq. Hər hansı anlaşılmazlıq ortaya çıxacaqsa, bunun da aradan qaldırılması üçün Təhsil Nazirliyi əlindən gələni edəcək”.
Qeyd edək ki, Türkiyədə magistratura təhsilini davam etdirmək üçün Azərbaycanın Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Texnologiya Universitetlərinin diplomlarının tanınmaması işə bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılıb.
Seymur Rəhimov
Emtv.az