SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Siqaretlə başlayan monopoliya “kralı”- Məlikovun brokerləri daha nələr bilir?

29-05-2019, 16:13 | Oxunub: 11 708 |

Siqaretlə başlayan monopoliya “kralı”- Məlikovun brokerləri daha nələr bilir?

Emtv.az xəbər verir ki,illərlə gömrükdə konkret monopoliya halqası yaradan “TransBroker” ASC-nin rəhbəri Əbülfəz Məlikovun brokerlərinin vergi borcu və ailələrində yaranan problelərlə bağlı ötən günlərdə Bizimxeber.az olaraq məlumat vermişdik.

Məlumatda qeyd olunurdu ki, Ə.Məlikovun nəzatində olan 5 min brokerin demək olar hər birinin vergi borcu var və bu borc Ə.Məlikov tərəfindən ödənməyib. İşin qəribə tərəfi budur ki, Məlikovun yaxın adamları brokerlərə bildirib ki, vergilər nazirliyi sizə yalandan borc yazıb. Odur ki, gözləyin silinəcək. Amma bu boc illərdir ki silinmir və buna görə, Məlikov qətiyyən narahat deyil.

Bizimxeber.az ümumiyyətlə, monopolist Əbülfəz Məlikovun kimliyini, gömrük sahəsinə necə yol tapmasını, bu sahədə necə parlamasını araşdırıb. Ortaya olduqca maraqlı məqamlar çıxıb ki, indi onları oxuculara təqdim edirik.

Əslən Şamaxıdan olan, milyarder Əbülfəz Məlikov bu işə siqaret satışı ilə başlayıb. 28 may metrosunun qarşısında kiçik siqaret satışı yerləri olan Məlikov Azərbaycana ilk dəfə qara yollarla siqaretlərin gətirilməsi işini həyata keçirib.

Xatırlayırsınızsa illər əvvəl Bakıda Dağıstan, Rusiya və əsasən İran istehsalı olan siqaretlər çoxluq təşkil edirdi. O zaman Azərbaycana gətirilən bu siqaretlər Əbülfəz Məlikov gətirirmiş.

Bu sahədə bacarığı olan Ə.Məlikov qısa zamanda Azərbaycandakı böyük iş adamlarının, eləcə də İrandan Azərbaycana yenicə ayaq açan biznesmenlerin yanına yol tapıb. İran əsilli iş adamı Mənüçöhr Əhədpur Xənqanla Əbülfəz Məlikovun da tanışlığı o zamanlara gedib çıxır. FHN şefi Kəmaləddin Heydərovun “beyni” hesab edilən iş adamı Mənüçöhr Əhədpur Məlikovla iş birliyinə başlayıb və gömrük sistemi məhz onun sayəsində Məlikovun əlinə keçib. Əslində gömrükdə monopoliyanın yaradılması, Broker sisteminin qurulması Mənüçöhr Əhədpurun (milliyyəti araşdırma mövzumuzdur) beyinin məhsuludur. Sadəcə bu işi daha yaxşı idarə edən Ə.Məlikov sonradan Mənüçöhr Əhədpurla qohum olub. Bu barədə növbəti yazımızda məlumat verəcəyik.

Məlumatlarda qeyd edilir ki, Əbülfəz Məlikovun gömrükdəki 5 min brokerinin hər birinin ayrılıqda işi olub. Hər brokerə (qohumlarına əmək haqqı çox verib) 700 manat əmək haqqı verən Ə.Məlikov bu brokerləri sözün həqiqi mənasında həm özündən asılı vəziyyətdə saxlayıb, həm də istismar edib.

Bildirilir ki, brokerlər iki istiqamətdə iş aparıblar.

Birinci istiqamət – Hər hansısa iş adamının ölkəyə gətirdiyi malı brokerin adına rəsmiləşdirmək və bundan sonra iş adamından əlavə pul alaraq ona məxsus malı vermək. – Broker adına rəsmiləşdirilən mala görə, Məlikovdan 100 manat alırmış. İlk əvvəllər brokerlər hər maşına görə, 30 manat istəsələr də, sonradan bu rəqəm aylıq olaraq 100 manat olub. Ay ərzində adına milyon manatlarla mal vurulan broker ayda cəmi 100 manat alırmış.

İkinci istiqamət – Brokerlər gömrük işçisi ilə bərabər (bu tam qanunsuz fəaliyyətdir) ölkəyə gətirilmiş malları böşaldaraq bir-bir baxış keçirmək və monopoliyada olan mal varsa ona əlavə rüsum tətbiq etmək. Brokerlər istənilən yükə baxış keçirə bilirmiş və onların razılığı olmadan gömrük işçisi mala toxuna bilməzmiş. Daha bir incə məqam isə brokerlərin olduğu yerə gömrük işçiləri yaxınlaşa bilmirmiş. Bir sözlə gömrük işçisi brokerin dediyi ilə oturub dururmuş. Elə isə maraqlıdır, brokerlərə verilən bu səlahiyyətin arxasında kim dayanırmış?

Yerli KİV-lərə danışan mənbə bildirir ki, Əbülfəz Məlikov bir başa olaraq Bakı Göçrük İdarəsinin o zamankı rəisi Vüsal Novruzovla işləyirmiş. Vüsal Novruzov birmənalı olaraq göstəriş veribmiş ki, gömrük sistemini brokerlər idarə edəcək.

Monopoliyada olan məhsulları necə müəyyən edirmişlər? Gömrük sisteminin ən qaranlıq işi də elə bu imiş.

Yerli KİV-lərə danışan mənbə bildirir ki, gələn maşınlara bir-bir baxış keçirilirmiş və mallar tam olaraq boşaldılırmış. Əgər o malların içərisində monopoliyada olan məhsul varsa sahibinə “bunu gömrükdən keçirmək olmaz” cavabı verilmiş. Həmin mallar çox baha qiymətə rəsmilşdirilərək sahibinə verilmiş. Üstəlik bir də belə bir məhsul gətirmə kimi xəbərdarlıq edilirmiş.

Daha bir müəmmalı məsələ ölkəmizə gətirilən brend məhsulların, əsasən də ayaqqabıların rəsmiləşdirilməsidir ki, bu işlə bir başa Məlikov özü məşğul olurmuş. Ayaqqabılar adi qablaşdırılmada, çox ucuz mal kimi rəsmiləşdirilmiş. Gömrük işçilərinə bu bağlamalara baxmağa imkan verilmirmiş və onlar üçün ümumiyyətlə, ölkəyə kim nə gətirir maraqlı deyilmiş.

Çünki, bu sahəyə Məlikov və onun brokerləri nəzarət edirmiş. Hansısa problemi də Məlikov özü həll edirmiş. Daha bir müəmmalı məsələ isə, Məlikovun yaxın adamlarına gələn məhsullar gömrükdə yoxlanmırmış. Yəni, ayaqqabı qutularında başqa nələrin varlığından kimsənin xəbəri olmurmuş. Bu isə dövlətimiz üçün əsl təhlükə imiş. Bir sözlə, ölkənin qeyri-rəsmi Gömük Komitəsinin rəisi vəzifəsinn idarə edirmiş. Yaxın günlərdə Məlikovun özünün monopoliyasında olan malların ölkəyə gətirilməsi və necə rəsmiləşdiriməsi barədə ətraflı məlumat verəcəyik.

Şəxsən Əbülfəz Məlikovun mövqeyini işıqlandırmağa hazırıq.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR