18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Stüardessalar sərnişinləri saya bilmədi, uçuş təxirə salındı
"Ryanair" hava yolları şirkətinin London-Belfast hava reysi kuryoz bir səbəbə görə iki saat ləngiyib. Stüardessalar göyərtədə olan sərnişinləri saya bilməyib.
Emtv.az bu barədə yerli mətbuata istinadən xəbər verir.
Əvvəl ekipaj üzvləri sərnişinlərin talonlarını yoxlayıb, sonra kimin təyyarədə olduğunu, kimin isə olmadığını müəyyən etmək üçün sərnişinləri ad və soyadları ilə çağırmağa başlayıblar.
"Elə təəssürat yaranmışdı ki, sanki, təyyarənin salonunda artıq adam əyləşmişdi. Stüardessalar and-aman edirlər ki, sərnişinlərin sayını dəqiq müəyyənləşdirməyənə qədər təyyarə uça bilməz, qanun buna icazə vermir. Onlar tez-tez təyyarəyə enib-qalxırdılar", - şahidlərdən biri söyləyib.
Nəticədə, hava reysi iki saat müddətinə gecikib. Aviaşirkət narahatlığa görə müştərilərdən üzr istəyib.
Sevinc Əlimova
Emtv.az