SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Prezidentin müşaviri arvadını güllələdi, həbs olundu

29-05-2019, 09:59 | Oxunub: 8 429 |

Prezidentin müşaviri arvadını güllələdi, həbs olundu

Tehranda İran Prezidentinin müşaviri Əli Nəcəfinin həyat yoldaşı güllələnib.

Özünün yaşadığı evdə güllələnən qadın aldığı yaralardan yerindəcə ölüb.

Əvvəlcə insidentlə bağlı ətraflı heç bir məlumat verilməyib. Yalnız o bildirilib ki, öldürülən qadın Nəcəfinin ikinci həyat yoldaşıdır.

Amma son məlumata görə, arvadını Əli Nəcəfi özü öldürüb. Faktı artıq Tehran prokurorluğu da təsdiq edib. Oradan bildiriblər ki, cütlük arasında ailə problemi olub.

Qeyd edək ki, Nəcəfi Ruhaninin yaxın kadrlarından biridir. 2018-ci ilə qədər Tehranın meri olub.

İran hüquq-mühafizə orqanları prezident Həsən Ruhaninin müşaviri, Tehranın keçmiş meri Məhəmməd Əli Nəcəfini həbs ediblər.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, siyasətçi arvadnı güllələdiyini etiraf edib və cinayətdə istifadə etdiyi silahı polisə təhvil verib.

Nəcəfi ifadəsində bildirib ki, arvadını mübahisə zamanı öldürüb. Prokurorluğun bildirdiyinə görə, Nəcəfi 5 dəfə atəş açıb, güllələrdən ikisi arvadına dəyib.

Bundan əvvəl Tehran polisi bildirmişdi ki, paytaxtın siyasi elita nümayəndələrinin və yüksək vəzifəli məmurların yaşadıqları Saadat Abad rayonunda, Nəcəfinin evində baş vermiş hadisədə onun əli yoxdur. Çünki hadisə zamanı Nəcəfi evdə olmayıb. Lakin daha sonra prokurorluq 35 yaşlı Mitra Nəcəfinin əri tərəfindən öldürüldüyünü açıqlayıb.

67 yaşlı Nəcəfi 2017-ci ilin avqustunda Tehran meri seçilmişdi, amma 2018-ci ilin martında səhhətinə görə istefa verib və prezidentin müşaviri olub. O, prezident Həsən Ruhaniyə yaxın siyasətçi hesab edilirdi. İslam respublikasında çoxarvadlılıq qadağan edilməsə də Nəcəfi ikinci arvad alanda sosial şəbəkələrdə kəskin tənqid olunmuşdu.


Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR