18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İki iraqlı turist Bakıda eyni qadınla sekslə məşğul oldu, qarət edildi
Körfəz ölkələrindən Azərbaycana gələn kişi turistləri seksdən sonra polisə şikayətlə müraciət etməsi artıq geniş vüsət alıb.
Belə şikayətlərdən biri mayın 26-da Səbail rayonunun 41-ci Polis Bölməsinə daxil olub.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, şikayət pul müqabilində intim xidmətlər göstərən qadından edilib.
Şikayətçilər mayın 25-də turist qismində bir həftə müddətinə Azərbaycana gəlmiş İraq vətəndaşları Qusey Casim Kərim və Sefa Hüseyn Kərimdir. Badamdar qəsəbəsində yerləşən xaricilər intim xidmətlər üçün dəvət etdikləri Şəms adlı qadının səhər 08:00-da evi tərk edən zaman onların iki mobil telefonunu, iki blok siqaretini, iki min dollar məbləğində pulunu oğurladığını iddia edir.
Hələlik əməliyyatçılar iraqlıları aldatmış qadını saxlaya bilməyib. Bu istiqamətdə hazırda işlər aparılır. Polislərin buna cəmi beş gün vaxtı qalıb. Əks təqdirdə turistlər vətənlərinə qayıdacaq və ədalətin bərqərar olmasını gözləri ilə görə bilməyəcək.
Bu arada, Səbail rayonunun 9-cu bölməsinə 27 yaşlı qadın müraciət edib. O, mayın 26-da səhər saatlarında Əliyarbəyov küçəsində BƏƏ vətəndaşının onu döydüyünü iddia edir. Ancaq şikayətçi ona əl qaldırmış şəxsin adını xatırlamır.
Bundan əvvəl yerli KİV-lər mayın 9-na keçən gecə “Crown Baku” hotelində Hindistan vətəndaşı, 29 yaşlı Hiteş Qoyal Rakeş Kumarın oğurluq qurbanı olduğunu xəbər vermişdi. Şikayət ərizəsinə əsasən, hindistanlının hotel nömrəsinə dəvət etdiyi zərif cinsin nümayəndəsi onun pul qabından min dollar pul oğurlamışdı.
Seymur Rəhimov
Emtv.az