SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

TAHİR HƏSƏNOVUN BEYLƏQAN XANININ VƏZİRİNƏ ÇEVRİLMƏSİNDƏ İKİNCİ BİR SUBYEKTİV FAKTOR – SOCAR XƏTTİ

27-05-2019, 14:20 | Oxunub: 10 931 |

TAHİR HƏSƏNOVUN BEYLƏQAN XANININ VƏZİRİNƏ ÇEVRİLMƏSİNDƏ İKİNCİ BİR SUBYEKTİV FAKTOR – SOCAR XƏTTİ

Beyləqan rayon təhsil sferasında son illər baş verən hadisələrin müşahidələri rayon sakinlərində batil inanc formalaşdırıb: “Təhsilə kim rəhbər təyin olunursa, təhsildən başqa hər şeylə qayğılanır”. Hər təyinatda ümid yaranır ki, təzə gələn rəhbər müsbətə doğru nəyisə dəyişəcək, amma olmur ki olmur. Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini hazırda icra edən Tahir Həsənov bu inancı daha da möhkəmləndirib. Əvvəlki illərdə əsası qoyulan mənfi tendensiyalar daha da dərinləşib. Adam ona tapşırılan sahənin idarəçiliyini atıb bir kənara, icra başçısı Asif Ağayevə vəzirlik edir, özü də qara vəzirlik. Bir az təkəbbürlü, qaraqabaq təsiri bağışlayan Asif müəllim başqa məmurların bəzən heç salamını belə almadığı halda, Tahir Həsənovu özünün ən çox inandığı, məsləhət aldığı personaya çevirib.

Bu mövzuda saytımızda gedən əvvəlki yazılarda bir məsələyə toxunmuşduq ki, Tahir Həsənov özünə məhrəm məclislərdə demək olar xanım deputat Bahar Muradovanın adamı kimi təqdim olunur.Emtv.az xəbər verir ki, Tahir Həsənovun anası da Bahar xanımın doğmayurdu Yağlıvənd kəndindəndir, deyilənə görə hətta bir-birlərinə uzaq qohumluqları da çatır, amma Tahir Həsənovun Beyləqan xanının vəzirinə çevrilməsində ikinci bir subyektiv faktor da var – Tahir özünü Asif Ağayevə SOCAR xətti ilə də tapşırtdırıb. Bildiyimiz kimi, icra başçısı Asif Ağayev dövlət qulluğuna ARDNŞ-dən gəlib. Asif müəllimin atası da uzun müddət Neft Şirkətinin strukturlarında rəhbər vəzifələrdə çalışıb.

Növbəti məlumat isə Beyləqan şəhər 4 saylı orta məktəbindəndir. Qeyd olunur ki, məktəbin rus sektorunda adı jurnalda olub, özü dərslərdə tapılmayan şagirdlərlə bağlı ciddi yoxlama gedir. Əlinəzərli – 1 kənd məktəbində isə uşaqlardan bir neçə gün öncə müxtəlif adlarla 12-15 manat pul yığıldığı bildirilir.

Daha sonra realmedia.az onu da qeyd edib ki,son dövrə qədər ATİAHİ rayon komitəsinin sədri olan Tahir Həsənovun hələ tam təsdiq olunmadığı rayon təhsil şöbəsinin müdiri vəzifəsində istədiyini edir. Bir vaxtlar 3 nömrəli məktəbdə 20-yə yaxın saxta diplomlu şəxsin müəllim vəzifəsinə qanunsuz götürüldüyü barədə məlumatları mətbuata ötürərək, sabiq təhsil müdirinin “ayağının altını qazan” Tahir Həsənov indi həmin müəllimləri özü müqavilə ilə işə götürüb himayə edir. Onda elə etməkdə marağı nə idi, indi belə etməkdə marağı nədir – cavab tapmağı oxucunun öhdəsinə buraxırıq.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR