17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Daha 1787 vərəsəyə birdəfəlik ödəmə veriləcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu günədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın iclaslarında qəbul edilmiş bütün qərarlar üzrə vərəsələr birdəfəlik ödənişlə təmin olunublar.
Komissiyanın növbəti iclasında daha 1088 şəhid üzrə 1787 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib ki, həmin vərəsələrin siyahısı da birdəfəlik ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib. 7 iş günü ərzində birdəfəlik ödəmələr onların bank hesablarına köçürüləcək.
Birdəfəlik ödəmə hesablarına köçürüldükdən sonra bu barədə vərəsələrin sənədlərini notariat orqanlarına təqdim edərkən qeyd etdikləri telefon nömrələrinə elektron qaydada ismarıcla rəsmi bildiriş göndəriləcək.
Ümumilikdə 12 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Onlardan 9785 şəhidin 14 481 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib.
Bununla da şəhid vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 80 faizə qədər icra olunub.
Aysu Əliyeva
Emtv.az