20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
19:29 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi: Sosial İmkanlar Tanıdılır-FOTOLAR
20:50 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir-Fotolar
20:41 - "Azərbaycan Sosial Dövlətə Doğru" Layihəsində Vətəndaşların Sosial İmkanları Müzakirə Edilib-Fotolar
Britaniya səfiri Avropa Liqasının final matçının siyasiləşdirilməsi barədə danışdı
Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts Avropa Liqasının final matçının siyasiləşdirilməsi barədə suala cavab verib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, səfir deyib ki, idman barədə, "Arsenal" və "Çelsi" klublarının Bakıdakı oyunu barədə danışmaq lazım idi.
K.Krofts bildirib ki, bu iki klubun finala çıxması böyük nailiyyətdir:
"Arsenal" və "Çelsi"də çox güclü oyunçular var və bütün söhbətlər onlar barədə olmalıdır".
K.Krofts qeyd edib ki, o, özünü Azərbaycanda hər zaman evdəki kimi hiss edib:
"Mənim ailəm, dostlarım buraya gəliblər. Biz hər zaman insanların səmimi münasibətini görmüşük. İctimai nəqliyyatda gedərkən durub yer verirlər".
Daha sonra səfir bildirib ki, Azərbaycanın bu cür tədbirlərin keçirilməsində böyük təcrübəsi var. O əlavə edib ki, Bakıda möhtəşəm oyun keçəcək və hər kəs bundab zövq alacaq:
"Biz "Arsenal" və "Çelsi" klubları, AFFA, eləcə də çoxlu sayda azarkeşlərin Bakıya gəlişini təmin etmək məqsədilə London polisi ilə sıx əməkdaşlıq edirik. Böyük Britaniyadan Bakıya dörd çarter reysi təşkil olunacaq. Daha dəqiq informasiya bir qədər sonra olacaq. Adətən bu cür oyunlar zamanı klublar özləri çarter reyslərinin təşkili ilə bağlı özəl şirkətlərlə danışıq aparır və bu reyslər kiçik aeroportlardan həyata keçirilir".
Qeyd edək ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununda "Çelsi" və "Arsenal" komandaları üz-üzə gələcək.
Seymur Rəhimov
Emtv.az