18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Tramp Yaxın Şərqə qoşun göndəriləcəyini təsdiqləyib
Prezident Donald Tramp ABŞ-ın Yaxın Şərqə əlavə olaraq 1500 hərbi qulluqçu göndərəciyini açıqlayıb.
Emtv.az istinadən bildirir ki, bu barədə o, Yaponiyaya səfərindən əvvəl jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu addım regionda olan Amerika hərbçilərinin mühafizəsinə yönəlib.
ABŞ müdafiə nazirinin vəzifələrini icra edən Patrik Şanahan isə bu addımı Vaşinqtonla Tehran arasındakı gərginliklə əlaqələndirib.
" ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının əməliyyat məsuliyyəti zonasına təxminən 1,5 min əlavə hərbi şəxsi heyət göndəriləcək. Bu, İran tərəfindən gözlənilə bilən təhlükələrə qarşı ağıllı addımdır", - deyə Şanahan bildirib.
Məlumata görə, əlavə qüvvələr Suriya və İraqda yerləşdirilməyəcək.
Qeyd edək ki, İranla ABŞ arasında münasibətlər Ağ Evin Tehrana qarşı sanksiyalar tətbiq etməsi ilə gərginləşməyə başlayıb.
Aynurə Kərimova
Emtv.az