17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Nazirlik Baş Prokurorluğa müraciət etdi - Müəllimin döyülməsi kadrlarına görə
Cəlilabad rayonu Uzuntəpə kənd 3 nömrəli tam orta məktəbin müəllimi Aqil Əzizovun bir qrup yeniyetmə tərəfindən döyülməsi görüntülərinin yayılması ilə bağlı Təhsil Nazirliyi Baş Prokurorluğa və Mətbuat Şurasına müraciət edib.
Emtv.az xəbər verir ki,bununla bağlı Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 22 may 2019-cu il tarixində bəzi xəbər saytlarında Cəlilabad rayonu Uzuntəpə kənd 3 nömrəli tam orta məktəbin müəllimi Aqil Əzizovun guya yeniyetmə şagirdə sataşdığı üçün döyülməsini əks etdirən səsli videogörüntü yayımlanıb.
“Yayılan videogörüntüdə insanın şərəf və ləyaqətini açıq-aydan alçaldan hərəkətlər nümayiş etdirilib, müəllim yarıçılpaq vəziyyətdə göstərilərək onun barəsində etikaya zidd olan kobud ifadələr səsləndirilib, bir neçə nəfərin qrup şəklində müəllim üzərində zorakılıq hərəkətləri təsvir edilib.
Həmin gün Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata əsasən, hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılmış, aparılmış araşdırma zamanı müəllim tərəfindən yeniyetmə şagirdə sataşmaq məsələsi öz təsdiqini tapmayıb, hadisəni törətməkdə təqsirli bilinən Şakir Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər iştirakçıların məsuliyyət məsələsinə baxıldığı bildirilib.
Məlum olduğu kimi, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən zorakılığı, qəddarlığı və dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr yaymaq və böhtan atmaq qəti qadağandır.
Belə ki, bəzi xəbər saytları əsassız olaraq təcavüzə məruz qalmış müəllim barəsində yoxlanılmayıb məlumatları kütləvi şəkildə və təxribat yönümlü başlıqlarla verib (“Azərbaycanda BİABIRÇILIQ”, “Azərbaycanda müəllim əxlaqsızlığa görə vəhşicəsinə döyüldü”), zorakılıq və qəddarlığı təsvir edən, etikaya zidd olan ifadələrdən istifadə edilən səsli videogörüntüləri açıq və kütləvi şəkildə öz internet səhifələri və sosial media üzərindən yayıb.
Məlumatın bu cür təqdim edilməsinin məntiqi nəticəsi olaraq bəzi sosial media izləyiciləri bu görüntülərə və müəllimə qarşı zorakılığa haqq qazandırıb, bu kimi hallarda yerində mühakimənin aparılmasını təqdirəlayiq hal kimi bəyəniblər.
Bununla əlaqədar yuxarıda qeyd edilən faktlara hüquqi qiymətin verilməsi və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə müvafiq materiallar AR Baş Prokurorluğa və Mətbuat Şurasına göndərilib”.
Sevinc Əlimova
Emtv.az