SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir

23-05-2019, 10:15 | Oxunub: 10 991 |

Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir

Mayın 22-də Bakıda Talassemiya Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyinə həsr olunmuş I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi öz işinə başlayıb.

Emtv.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Səhiyyə Nazirliyinin, Heydər Əliyev Fondunun, Talassemiya Mərkəzinin və Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konqresin açılışında çıxış edən Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Talassemiya Mərkəzinin fəaliyyətə başlamasının 10 ili tamam olur. Talassemiya Mərkəzi Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilib. 2009-cu ildən istifadəyə verilən mərkəzin bu xəstəliyə düçar olan şəxslərin müalicəsində mühüm rol oynadığı diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı dövlət proqramları və sərəncamlar əsasında ötən müddətdə Talassemiya Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində geniş işlər həyata keçirilib.

Mərkəzin icraçı direktoru bildirib ki, Prezident İlham Əliyevin 2018-ci ilin noyabrında “Talassemiya Mərkəzinin Yeni Nəsil Sekvenləşdirmə laboratoriyaları ilə təchiz olunmasına dair” imzaladığı Sərəncam çərçivəsində artıq müasir avadanlıqlar alınıb və yaxın zamanda mərkəzdə bu cihazların quraşdırılması prosesi başa çatacaq. Bununla da Talassemiya Mərkəzi nəinki ölkəmizin, eləcə də regionun ən müasir genetik diaqnostika mərkəzi olacaq və genetik diaqnostika üçün respublikamızın hüdudlarından kənara müraciət etməyə ehtiyac qalmayacaq.

Profili və genetik diaqnostika imkanları üzrə regionda xüsusi yeri olan Talassemiya Mərkəzi elmi araşdırma və hematoloji xəstəliklərlə mübarizə sahəsində əlaqələri artırmaq məqsədilə bir sıra ölkələrlə iş birliyinə başlayıb. Beynəlxalq əlaqələr çərçivəsində xarici ölkələrin aparıcı mütəxəssislərinin Talassemiya Mərkəzinə səfərləri, birgə elmi toplantılar, elmi-praktik seminarlar, eləcə də yerli mütəxəssislərin müasir mərkəzlərdə uzunmüddətli kursları təşkil edilir.

Valeh Hüseynov görülən işlərin hematoloji xidmətin müxtəlif sahələrinin inkişafına ciddi təkan verdiyini diqqətə çatdırıb. Bildirib ki, qarşılıqlı səfərlər dünyanın müxtəlif ölkələrindən olan elm adamları ilə iş birliyi və təcrübə mübadiləsi baxımından müvəffəqiyyətli keçib, ölkəmizdə hematologiya sahəsinin inkişafı baxımından hematoloqları birləşdirəcək elmi cəmiyyətin qurulmasını və mütəmadi elmi konqreslərin təşkil olunmasını zəruri edib. Bu baxımdan Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin ölkəmizin hematologiya sahəsində çalışan mütəxəssislərini bir araya toplayacağına, I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresinin bu baxımdan əhəmiyyətli rol oynayacağına əminlik ifadə olunub.

V.Hüseynov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən həyata keçirilən "Talassemiyasız həyat naminə" layihəsi barədə məlumat verib. Qeyd olunub ki, layihənin məqsədi həm mövcud xəstələrin keyfiyyətli müalicə almasını təşkil etmək, həm də bu sahədə maarifləndirmə işini aparmaqdır.

Talassemiya Mərkəzinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə bu il ərzində ölkənin müxtəlif regionlarında – Mingəçevir, Qax, Şirvan, Lənkəran, Quba, Bərdə və Gəncə şəhərlərində "Talassemiyasız həyat naminə" devizi ilə 7 elmi simpozium keçirdiyi bildirilib. Qeyd olunub ki, regional simpoziumlar çərçivəsində talassemiya daşıyıcılığının müəyyən olunması məqsədilə ödənişsiz tibbi müayinələr həyata keçirilib. Müraciət edənlərdən götürülmüş qan nümunələri Talassemiya Mərkəzində müayinədən keçirilib. Regionların ardından sonuncu – 8-ci simpozium isə I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi çərçivəsində mayın 25-də təşkil olunacaq.

Konqresin birinci günü Azərbaycanda ilk dəfə “Axın sitometriyası və sitogenetika” kursu keçirilib. Konqres çərçivəsində, həmçinin ölkəmizdə ilk dəfə olaraq “Tibb bacıları simpoziumu” təşkil olunacaq.

Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinin ənənə halını aldığını bildirib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə daim diqqət yetirdiyini deyən komitə sədri irsi qan xəstəlikləri ilə mübarizədə görülən işlərdən, qəbul olunan dövlət proqramlarından danışıb. O, nikahdan əvvəl icbari müayinənin irsi qan xəstəliklərinin azalmasında rol oynadığını diqqətə çatdırıb. Komitə sədri gələn il yanvarın 1-dən ölkə ərazisində tətbiq olunacaq icbari tibbi sığortanın bu xəstəliklərin müalicəsinə töhfə verəcəyini vurğulayıb. Ə.Əmiraslanov hematologiya sahəsində gen səviyyəsində elmi tədqiqatlar aparıldığını, genişmiqyaslı proqram hazırlandığını qeyd edib.

Beynəlxalq Talassemiya Federasiyasının sədr müavini Maykl Anqastiniotis, Türk Elmlər Akademiyası – TÜBA-nın təmsilçisi Taner Demirer, Türk Hematologiya Dərnəyinin sədri Hayri Özsan, Koç Universiteti Xəstəxanasının professoru Burhan Fərhanoğlu çıxış edərək Azərbaycanda qan xəstəlikləri ilə mübarizədə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər. Tədbirin klinik araşdırmalarda son nailiyyətləri izləmək baxımından böyük imkan yaratdığını bildirən mütəxəssislər konqresin işinə uğurlar arzulayıblar.

Konqresin elmi katibi Ramin Bayramlı çıxış edərək tədbir barədə məlumat verib. O, konqresdə 22 ölkədən 939 nəfərin iştirak etdiyini və 146 məruzə təqdim edildiyini bildirib.

Sonra panel iclaslar keçirilib və məruzələr dinlənilib.

Konqres mayın 25-dək bölmə iclasları ilə davam edəcək.


Nəzrin Abbaszadə
Emtv.az



Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir
Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir
Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir
Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir
Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir
Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir
Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR