18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Neftçalada mikroavtobus “KAMAZ”a çırpıldı, dörd nəfər öldü
Ələt-Astara magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 85-ci kilometrliyində - Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“Ford” markalı mikroavtobus qarşıda gedən “KAMAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı dörd nəfər hadisə yerində ölüb, iki nəfər yaralanıb. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna təhvil verilib.
Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Nəzrin Abbaszadə
Emtv.az