18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanlı müstəntiq qız özünü çaya atdı: onu zorla nişanlayıblar
Bir neçə aydır Rusiyada yoxa çıxan 24 yaşlı qızın meyiti çaydan tapılıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki,bu barədə Rusiyanın Kemerovo vilayətindəki Azərbaycan icmasının sədri Fikrət Qasımov bildirib.
Leytenant rütbəsi olan gənc qız Rusiyanın Novokuznetsk şəhərində “Zavodski” polis bölməsində müstəntiq işləyib.
“Uzun zamandır itkin düşən həmvətənimiz 1995-ci il təvəllüdlü Əliyeva Aysel Nəbi qızının meyiti bu ayın 9-da çaydan tapılıb. Martın 8-dən yoxa çıxan qız artıq federal axtarışa da verilmişdi. Ekspertizanın cavabına görə, Ayselin bədənində heç bir zorakılıq əlaməti aşkar olunmayıb, ilkin versiyaya əsasən, gənc qız intihar etmək üçün özünü çaya atıb”, - deyə, F.Qasımov bildirib.
İcma lideri qeyd edib ki, A.Əliyeva bir müddət əvvəl nişanlanıb:
“Aysel bir müddət əvvəl idmançı bir oğlana nişanlanıb. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi isə qızın ailəsini məhkəməyə verməyə hazırlaşır. Ehtimal edilir ki, ailə qızı zorla nişanlayıb və o da buna görə intihar edib”.
Sevinc Əlimova
Emtv.az