18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
AZƏRBAYCANDA HAQQINDA KORRUPSİYA İŞİ APARILAN ŞƏXS VƏZİFƏYƏ TƏYİN OLUNDU
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov yeni təyinatla bağlı əmr verib.
Emtv.az xəbər verir ki, onun əmri ilə Məmmədov Maarif Mikayıl oğlu Mingəçevir Sukanal İdarəsinə rəis təyin edilib. Kərimov Mustafa Yəhya oğlu isə rəis vəzifəsindən azad olunub. Yeni rəis M. Məmmədov “Azərsu” rəhbəri ilə tələbə yoldaşı olub və əvvəl Mingəçevir Sukanal İdarəsində rəis müavini, sonra isə “Bakı Sukanal” İdarəsində məsul vəzifədə çalışıb.
Məsələ heç də, yeni rəisin tələbə yoldaşı olmasında deyil. Bu haqda məlumat verən mənbə bildirir ki, yeni rəis M. Məmmədovla bağlı bir ildən artıqdır ki, Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır: “Keçən ay Mingəçevir Sukanal İdarəsinin rəisini “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov korrupsiyaya görə vəzifəsindən kənarlaşdırdı, amma onun yerinə daha yekə rüşvətxoru rəis təyin etdi.
Daha sonra conflict.az onu da qeyd edib ki,bir neçə il bundan qabaq Mingəçevirdə Sukanalda rəis müavini işləyərkən bir necə obyektlərdən – daha dəqiq “Zərif” Şadlıq Evinin Nəriman adlı sahibindən rüşvət aldığı üçün barəsində keçən il cinayət işi açılıb və hal-hazırda da müvafiq maddələrlə istintaqı gedir. Amma cinayət işi açılandan sonra Qorxmaz Hüseynov nəyin müabilindəsə barəsində cinayət işi gedən adamı aparıb “Bakı Sukanal” İdarəsində məsul vəzifəyə təyin etdi. İndi isə köhnə rəisi korrupsiyaya görə işdən çıxarıb, barəsində rəsmi olaraq korrupsiya araşdırması aparılan tələbə yoldaşını rəis təyin etdi”.
Məsələ ilə bağlı yazı adı hallanan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Sevinc Əlimova
Emtv.az