SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Tacikistanda həbsxanada qiyam zamanı 3 din xadiminin başı kəsilib

21-05-2019, 11:15 | Oxunub: 10 467 |

Tacikistanda həbsxanada qiyam zamanı 3 din xadiminin başı kəsilib

Xəbər verdiyimiz kimi, Tacikistanın ciddi rejimli cəzaçəkmə müəssisələrindən birində baş verən qiyam nəticəsində 29 məhbus həyatını itirib. Belə ki, İŞİD terror qruplaşmasına üzvlüklə əlaqədar həbs olunmuş 30-a yaxın məhbus üç həbsxana nəzarətçisini girov götürüb, sonradan onları qətlə yetiriblər.

Qiyamçı məhbuslar bıçaqlarla silahlanıb və rəhbərlikdən sərbəst buraxılmalarını tələb edib. Ancaq sonradan məhbuslar arasında qarşıdurma düşüb. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi qəti ölçülərə gedərək, atəş açılmasına əmr verib.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, hadisə Vəhdət şəhərində baş verib.

Qiyamçıların məhbusları qorxu içində saxlamaq üçün 5 nəfərin, o cümlədən 3 din xadiminin boynunu vurduğu bildirilir. Onların adları Səid Kiemiddin Qazi, Sattor Kərimov və Seyidmehdixon Sattorovdur.

№3/2 ciddi rejimli cəzaçəkmə müəssisəsində qiyamın təşkilatçıları İŞİD üzvləri Bəhruz Gülmurod, Fəxrəddin Qulov, Mahmuddulla Şaripov və Ruhulla Həsənovdur. Bəhruz Gülmurod İŞİD tərəfinə keçmiş keçmiş OMON polkovniki Gülmurod Halimovun oğludur.

Qiyamın yatırılması əməliyyatı zamanı Bəhruz Gülmurot və Fəxrəddin Qulov öldürülüblər. Axbor agentliyi bildirib ki, qeyri-rəsmi məlumatlara görə, qiyam zamanı 50 nəfər öldürülüb, 30 nəfər yaralanıb. Rəsmi məlumata görə isə, ölənlərin sayı 29, yaralıların sayı 35 nəfərdir.

Hazırda həbsxanada vəziyyətin nəzarət altında olduğu bildirilir.

Qeyd edək ki, bu son 7 ay ərzində Tacikistan həbsxanalarında ikinci qiyam hadisəsidir.



Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR