18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Buzovnada ticarət mərkəzində yanğın, 4 nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB
23:56
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzində baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, ticarət mərkəzinin zirzəmi qatında 100 m² sahədə parça materiallar yanıb.
22:36
Buzovnada ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar 4 nəfər xəstəxanaya yerləşdirilib.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, hadisə nəticəsində 4 nəfər həmin şöbəyə gətirilib. Onlarda tüstulənmə nəticəsində panik vəziyyət yaranıb, zəhərlənmə qeydə alınmayıb.
Müraciət edənlərə də ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
20:38
Bakıda yanğın qeydə alınıb.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir (açıq alov yoxdur).
Binada olan insanlar təxliyə edilib. Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.
Aysu Əliyeva
Emtv.az