17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Buraxılış imtahanlarının nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il mart ayı ərzində keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının I mərhələsinin və aprelin 7-də keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri elan olunub.
Emtv.az xəbər verir ki,Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytında öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.
Artıq ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri də “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil olmaqla məktəbdə təhsil alan və buraxılış imtahanı verən şagirdlərin imtahan nəticələrinə (elan olunmuş) baxa bilərlər. Şagirdlərin imtahan nəticələrinin təhlili gələcəkdə məktəblərin göstəricilərinin daha da yaxşılaşdırılması üçün faydalı ola bilər.
Nəzrin Abbaszadə
Emtv.az