SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ermənistanda məhkəmələrin giriş-çıxışı bağlandı - FOTO

20-05-2019, 11:11 | Oxunub: 8 687 |

Ermənistanda məhkəmələrin giriş-çıxışı bağlandı - FOTO

İşğalçı Ermənistanda vəziyyət yenidən gərginləşib.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyanın çağırışı ilə vətəndaşlar bu gün saat 8:30-dan etibarən bütün məhkəmələrin giriş-çıxışını bağlayıblar. Buna səbəb mayın 18-də Ermənistanın ikinci prezidenti Robert Koçaryanın azadlığa buraxılmasıdır.

İşçilərin binalara girişinə imkan verilmir. Şenqavit inzibati rayonunun ümumi məhkəmə hakimi David Balayan pəncərədən içəriyə daxil olmağa çalışsa da, bunun qarşısı alınıb.

Vəkil Ruben Melikyan Feysbuk hesabında bildirib ki, məhkəmə binalarından birinin pəncələri sındırılıb: "Hakimlərin binaya girişinə imkan vermirlər. Bütün məhkəmələrin ətrafına polislər cəlb edilib".

Qeyd olunur ki, Paşinyan günün ikinci yarısında xalqa müraciət ünvanlayaraq inqilabın yeni - daha vacib mərhələsinin başlandığını elan edəcək.

Xatırladaq ki, R.Koçaryan 2008-ci ilin 1-2 mart hadisələrinə görə həbs edilmişdi. O, konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunurdu.

Seymur Rəhimov
Emtv.az


Ermənistanda məhkəmələrin giriş-çıxışı bağlandı - FOTO
Ermənistanda məhkəmələrin giriş-çıxışı bağlandı - FOTO

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR