17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Baş nazirin müavinindən əhaliyə şad xəbər: Maaş və pensiyalar artırılacaq
Dövlət başçısı İlham Əliyevin son dövrlərdə imzaladığı sərəncam və fərmanlar əhalinin müxtəlif sosial təbəqələrinin rifahının yüksəlməsinə səbəb olub.
Bundan başqa, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edən addımlar atılıb. Minimum əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov YAP rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsində deyib.
Ə.Əhmədov bildirib ki, Azərbaycan dövlətinin imkanları yüksəldikcə sosialyönümlü tədbirlər daha da artırılacaq, əməkhaqqı, pensiya və müavinətlərin məbləği qaldırılacaq:
“Bütövlükdə artırılan əməkhaqqı, pensiya və müavinətlər 3 milyona yaxın insanın həyatına təsir edib.
Hər bir ailə bu tədbirlərdən bu və ya digər formada faydalanıb.
Bundan əlavə, məcburi köçkünlər də dövlətimizin daim diqqətindədir. Bu təbəqədən olan insanlar üçün tikilən evlərin sayı yenə də artırılacaq”
Seymur Rəhimov
Emtv.az