17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Şəbnəm Tovuzludan iki TV-yə qadağa: Məni gözdən salırlar
Emtv.az xəbər verir ki, verilişlərin birində müğənni Şəbnəm Tovuzluya ünvanlanmış sual onu qalmaqalın mərkəzinə salıb. Belə ki, proqramda Şəbnəmin Amerikanı Avropa şəhəri adlandırması onu lağ və tənqid obyektinə çevirib.
İş o yerə çatıb ki, Tovuzlu ARB və adını açıqlamadığı digər TV-yə qadağa tətbiq edib. Şəbnəm bundan sonra həmin televiziya kanallarının heç bir verilişinə qatılmayacağını bəyan edib.
Yaşanmış olayla bağlı Şəbnəm Tovuzlu Oxu.Az-a özəl videomesaj yollayıb.
Müğənni videoda son günlər adı hallanan məsələ ilə bağlı danışıb. Bildirib ki, kanallara hörmət etsə də, onlar adekvat münasibət göstərmirlər:
“Dostlarıma qarşı hər zaman hörmətlə yanaşıram. Amma dost bildiyim bəzi kanallar mənə bir müğənni kimi hörmət qoymurlar. Mən onlardan qarşılıqlı hörmət görmürəm. Üzərimdə reytinq qurub, haqqımda xoşagəlməz sözlər deyilirsə, bu, şəxsən məni tamaşaçıların gözündən salmaq deməkdir.
Heç də yaxşı bir şey deyil. Yaşadığım bu söz-söhbətlərdən sonra özümə söz vermişəm ki, bir neçə kanalın efirinə çıxmayacağam. Qadağa qoymuşam, getməyəcəyəm. Başqa müğənnilər var, onları çağırsınlar, nə qədər istəyirlər onlardan reytinq götürsünlər. Mən artıq yoxam”.
Şəbnəm qeyd edib ki, kanallar müğənnilərlə bağlı təhrif olunmuş məlumatlar yayırlar:
“İnsanlar da bilə-bilə müğənnilərə qarşı qıcıq yaradırlar. Bizim demədiyimiz, etmədiyimiz şeyləri, şişirdilmiş şəkildə təqdim edirlərsə, o zaman tamaşaçı bizə aqressiya nümayiş etdirir. Bu isə biz müğənnilər üçün yaxşı hal deyil. Bundan sonra iki kanala çıxmayacağam”.
Nəzrin Abbaszadə
Emtv.az